well/Aran agentliyi
Bu barədə SalamNews-a açıqlamasında Quba Regional QİÇS laboratoriyasının müdiri Rəşad Həsrətov məlumat verib.
Bildirib ki, hazırda bölgədə 90 nəfər QİÇS xəstəsi kimi qeydiyyata alınıb. Onlardan 22 nəfəri qadındır.
Bölgədə virusa yoluxanlar Xaçmaz rayonunda üstünlük təşkil edir 35 nəfər. Bununla yanaşı Qubada 21, Siyəzəndə 16, Şabranda 10, Qusarda isə 8 nəfər QİÇS daşıyıcısıdır.
Xəstəliyə yoluxanlar əsasən orta yaş qrupunda olanlardır. Virusa 3 yolla yoluxmanın mümkün olduğunun deyən Rəşad Həsrətovun sözlərinə görə, ölkədə QİÇS xəstələrinin böyük əksəriyyəti inneksion narkotik istifadəçiləridir.