Tarix : 2011 Dec 13
Kod 27226

Böyük Rəhbər: 9 Dey qəhrəmanlığında İran xalqının qəlbinə dəyanət ruhu hakim idi

İslam İnqilabının Böyük Rəhbəri buyurublar: 1388-ci il 9 dey (30 dekabr 2009-cu il) qəhrəmanlığında xalqın əzəmətli və coşqun iştirakı inqilabın mahiyyəti ...
well/Aran agentliyi

 

İslam İnqilabının Böyük Rəhbəri buyurublar: 1388-ci il 9 dey (30 dekabr 2009-cu il) qəhrəmanlığında xalqın əzəmətli və coşqun iştirakı inqilabın mahiyyəti və mentalitetinin bariz nümunəsi yəni xalqın ürəyinə hakim dəyanət ruhunun təcəllisi idi.

Həzrət Ayətullahülüzma Xamenei bu gün səhər 9 dey Qəhrəmanlığının Anımı üzrə Qərargahın üzvlər ilə görüşdə Allah-taalanın iradəsi və Allaha imanı müxtəlif sahələrdə İran xalqının ürəyinin hidayət olunmasının əsas amili adlandırıblar.

9 dey qəhrəmanlığının həqiqətini açıqlayan Böyük Rəhbər "Xalqın geniş iştirakı" və "Xalqın dini imanı" olan iki əsas məsələyə toxunub və bildiriblər: 1388-ci il 9 dey hadisəsi kiçik hadisə deyil. Əksinə xalqın əzəmətli və əbədiləşəcək bu hərəkəti inqilabın ilk günlərində böyük xalqın hərəkətinə bənzəyir. Çalışmaq lazımdır ki, bu qəhrəmanlığın ildönümündə İran xalqının əsas sözü yəni din, reallıq və ilahi vədlərin sayəsində hərəkət açıqlanmalıdır.

Böyük Rəhbər təkid ediblər ki, dünyanın hər bir yerində xalq aydın şüar və məqsədlə, münasib iman və əməllə meydana daxil olarsa, heç bir amil müqavimətə qadir ola bilməz və bu, bütün xalqlar üçün İmam Xomeyni (rə)-in yerinə yetirdiyi, və İran xalqının öz imamına etimadı ilə praktiki şəkildə onu sübut etdiyi məsələnin tam nüsxəsidir.

İslam İnqilabının Böyük Rəhbəri 1388-ci il (2009) acı hadisələrini xatırlayaraq əlavə ediblər: Bu fitnə yalnız küçələrdə bir qrup şəxsin iştirakı ilə bağlı deyildi. Əksinə bir xəstəlikdən qaynaqlanırdı ki, siyasi və təhlükəsizlik addımları ilə qarşısı alınacaq deyildi və əzəmətli xalq iştirakına ehtiyaclı idi və belə də oldu.

Həzrət Ayətullahülüzma Xamenei habelə Hüseyn aşurası və məhərrəm əyyamının 9 dey qəhrəmanlığının reallaşmasındakı roluna toxunub və bildiriblər: İslam İnqilabının əvvəlindəki kimi məhərrəmlik bu xalqa kömək etdi və "İmam Xomeyni (rə) buyurdu: Qan qılınca qalibdir". 9 dey hadisələrində də Aşura xalqın köməyinə gəldi və böyük və əbədi qəhrəmanlığı yaratdı.

İranda 2009-cu ildə prezident seçkilərinin acı hadisələrinin davamında fitnə başçıları və münafiqlərin tərəfdarlarından ibarət bir neçə nəfərlik bir qrup Aşura günündə quruluşa və islami dəyərlərə qarşı şüarlar səsləndirərək Hüseyn əzadarlarına hücum etdi.

Bu hadisədən sonra Tehranda və İranın bütün şəhərlərində milyonlarla insan 9 deydə (30 dekabr) yürüş keçirərək fitnə başçıları və münafiqlərin bu hərəkətini pislədi.

 

  • Yazılıb
  • da (də) 2011 Dec 13