Tarix : 2011 Dec 13
Kod 27228

İranın xəbər agentlikləri rəsmi Bakının təhqiramiz rəftarına reaksiya veriblər

İranın əsas xəbər qaynaqları , rəsmi Bakının təhqiramiz rəftarına kəskin cavabın verilməsinə təkid ediblər
well/Aran agentliyi

İranın əsas xəbər qaynaqları , rəsmi Bakının təhqiramiz rəftarına kəskin cavabın verilməsinə təkid ediblər.

İranın informasiya qaynaqları İran teleradio təşkilatının Bakıdakı nümayəndəliyi müdirinin Az.R-na girişinə mane olunmasına kəskin reaksiya verib və bildiriblər : Rəsmi Bakı bu rəftarına görə İrandan üzr istəməli və bu qərarını yenidən nəzərdən keçirməlidir.

Fars xəbər agentliyi bir məqalədə bu məsələni analiz edərək yazıb: Az.R hakimiyyətinin İran Teleradio Təşkilatının Bakıdakı nümayəndəliyinin müdiri cənab Əhməd Kazıminin Bakıya daxil olmasına mane olması və Heydər Əliyev adına hava limanından onu qaytarması elə bir haldadır ki, İranla düşmən olan qərb dövlətlərinin bir çoxu belə iranlı jurnalistlərə qarşı belə bir mövqe tutmayıblar.

Buna görə də İranın xəbər agentlikləri və xəbər qaynaqları İİR xarici işlər nazirliyi və ölkənin digər əlaqədar orqanlarının rəsmi Bakının tutduğu bu mövqeyinə kəskin reaksiyalar verməsini istəyiblər.

Bu xəbər qaynaqları İranın rəsmi Bakıya etiraz məktubunun ünvalanması ,bu ölkə səfirinin nazirliyə çağırılması və Az.R-nın İrandakı bütün media nümayəndələrinin çıxarılmasını vurğulayıblar.

Tabnak internet saytı da bu haqda qeyd edib : Rəsmi Bakının Tehranla imzaladığı sazişləri pozması elə bir haldadır ki, Az.R prezidentinin xüsusi nümayəndəsi Əli Həsənov Tehran səfərinin sonunda jurnalistlərə verdiyi açıqlamasında vurğulamışdı ki, müştərək bir komitənin yaradılması ilə iki ölkə arasında media münasibətləri keçmişlə müqayisədə daha da yaxşı səviyyəyə çatacaq.

Sözü gedən internet saytı məlumatlı qaynaqlara istinadla bildirib : Az.R-nın Tehranla imzaladığı sazişləri pozması bu ölkə ilə münasibətlərin sərinləşməsinə gətirib çıxaracaq.

Lakin əgər rəsmi Bakı tutduğu mövqeyini yenidən nəzərdən keçirib və bu əməlinə görə, yəni İran Teleradio Təşkilatının Bakıdakı nümayəndəliyinə və digər qurumlara qoyduğu məhdudiyyətlərə görə İrandan üzr istəsə vəziyyət dəyişəcək.

Aran xəbər agentliyi də yazıb: Əli Həsənov və İran rəsmilərinin media səviyyəsində əməkdaşlıqların genişləndirilməsinin zəruriliyini vurğulamalarına baxmayaraq rəsmi Bakının tutduğu son mövqeyi göstərir ki, bu ölkədən digər ölkələrə göndərilən azəri nümayəndələr müstəqil deyil və onların danışdıqları sözləri və ya götürdükləri öhdəlikləri Bakı rəsmiləri üçün əhəmiyyət kəsb etmir.

Aran xəbər agentliyi habelə rəsmi Bakının bu addımını demokratiya prinsipləri ilə ziddsayıb və qeyd edib: Rəsmi Bakının bu rəftarından belə çıxır ki, Bakı rəsmilərinin İranla əlaqələri genişləndirməyə dair iddiaları yalandır.

Cahan News saytı da bir məqalədə iki ölkə arasındakı son razılaşmalara işarə edərək bunu bədnam və təəccüblü sayaraq qeyd edib : İİR xarici işlər nazirliyi və İran Teleradio Təşkilatı bu cur təhqiramiz rəftara kəskin reaksiya verməlidirlər.

Bu arada , Mehr xəbər agentliyi bildirib: Rəsmi Bakı tutduğu bu mövqeyini yenidən nəzərdən keçirmədiyi təqdirdə Tehranla Bakının medialar səviyyəsindəki münasibətlərində sərinlik yaranacaq.

Qeyd edək ki, Az.R prezidentinin xüsusi nümayəndəsinin Tehranda İran rəsmiləri ilə medialar səviyyəsində münasibətlərin genişləndirilməsinə dair sazişləri imzalaması tarixindən təqribən 4 günün keçdiyi bir halda , Bakıda Heydər Əliyev adına hava limanında gömrük məmurları İran Teleradio Təşkilatının Bakıdakı ofisinin müdiri cənab Əhməd Kazıminin Az.R-na daxil olmasına mane olublar və cənab Kazımı ailəsi ilə birlikdə Tehrana dönməyə məcbur olub.

Halbuki Tehranda Əli Həsənov İran Teleradio Təşkilatının sədri və bu təşkilatın məsul rəsmiləri ilə imzaladığı sənəd çərçivəsində öhdəlik götürmüşdü ki, iki ölkə arasında media səviyyəsində əməkdaşlıqların genişləndirilməsi məqsədilə müştərək komitə yaradılsın və cənab Əhməd Kazımı də İran Teleradio Təşkilatı tərəfdən bu komitədə İranın nümayəndəsi kimi təqdim edilmişdi.

  • Yazılıb
  • da (də) 2011 Dec 13