Dekabrın 19-da Fransa parlamentində qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi səsverməyə çıxarılacaq
well/Aran agentliyi
Dekabrın 19-da Fransa parlamentində qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi səsverməyə çıxarılacaq. “Hürriyət” qəzetinin verdiyi məlumata görə, keçən həftə Qanunlar Komissiyasında qəbul edilən, hakimiyyətdəki Xalq Hərəkatı Birliyinin deputatı Valerie Boyer tərəfindən hazırlanan qanun layihəsinə əsasən, Fransa tərəfindən tanınan “erməni soyqırımı”nı inkar edən şəxs 1 il azadlıqdan məhrum ediləcək, 45 min avro cərimələnəcək.
Qeyd edək ki, Fransa parlamenti 20 yanvar 2001-ci ildə “erməni soyqırımı”ilə bağlı öir qanun layihəsini qəbul edib. Lakin hökumətin qarşı çıxması ilə bağlı qanun qüvvəyə minməyib. Uzun müddət belə qanun layihəsinə qarşı çıxan prezident Nikolya Sarkozi İrəvana son səfəri zamanı mövqeyini dəyişib və bu təklifə müsbət baxdığını bildirib.
“Associated Press” agentliyə açıqlama verən adının çəkilməsini istəməyən diplomat da bu dəfə Fransa parlamentində qanun layihəsinin səsverməyə çıxarılmasının arxasında Nikolya Sarkozinin durduğunu bildirib. Hakim partiyanın rəhbəri də Nikolya Sarkozidir.
Deyerler