Tarix : 2011 Dec 14
Kod 27251

Media jesti؛Qazan, qazana deyir ki, üzün qaradır

Azərbaycandan tutmuş Zimbabveyə qədər” dünyanın bir çox ölkələrinində siyasi məhbuslar vardır
well/Aran agentliyi

 

ABŞ dövlət katibi Hillari Klinton Beynəlxalq İnsan Haqları günü münasibətilə açıqladı: Azərbaycandan tutmuş Zimbabveyə qədər” dünyanın bir çox ölkələrinində siyasi məhbuslar vardır.

Aran xəbər agentliyinin məlumatına əsasən, Klinton artırdı: "Bu gün Azərbaycan Respublikasında siyasi məhbuslar öz ideyalarını, fikirlərini ifadə etdiklərinə, müdafiə etdiklərinə görə hələ də həbsxanalarda saxlanılır".

Həmçinin bir müddət öncə Beynəlxalq Amnistiya Təşkilatı da Azərbaycan Respublikasını insan haqları vəziyyəti barədə bərk tənqid etmişdi.

ABŞ dövlət katibinin AR-dakı insan haqları vəziyyəti barədə tənqidi Bakı-Vaşinqtonun son illərdə hərbi və ticari münasibətlərinin nəzərə çarpacaq dərəcədə inkişaf etdiyi bir şəraitdədir. Ona görə də bu tənqidi insan hüquqları barədə nigəranlıq əvəzinə, media fəaliyyəti və kameralara müştaq olan dövlət katibindən təkcə təbliği bir jest bilmək olar və öz ölkəsi (ABŞ) insan haqlarını pozan dünyanın əsas ölkəsidir. Bu da həmin atalar sözünün nümunəsidir: "Qazan, qazana deyir ki, üzün qaradır".

Qeyd edək ki, AR-da islami oyanışdan ilham almış etirazların büruzunun ardınca ölkə hökuməti mart ayından müxalifəti sıxışdırmağa başlayıb. İlham Əliyev dövləti keçən ilin əvvəlindən başlayan ərəb ölkələri üslublu etirazları zorakılıqla yatırdı. Dövlətin siyasətindən razı olmayanlar məhkəmə hökmü olmadan həbs olunur və onların barəsində ədalətsiz məhkəmələr qurulur.

Bundan əlavə media təzyiqlərə məruz qalır. WikiLeaks saytında yayılan sənədlərin birində deyilirdi ki, Əliyev ailəsi Azərbaycanı orta əsrlərdə Avropadakı feodal qurluşu üslubu kimi idarə edir. 

  • Yazılıb
  • da (də) 2011 Dec 14