İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Tehran Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəsi Əli Həsənovun İrana səfərindən az bir ...
well/Aran agentliyi
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Tehran Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəsi Əli Həsənovun İrana səfərindən az bir müddət sonra İranın Teleradio Təşkilatının Bakı ofisi müdirinin bu ölkəyə girişinin qarşısının alınması ilə əlaqədar rəsmi Bakının hərəkətindən təəccüblənib.
Bu gün yerli və xarici jurnalistlərin iştirakı ilə Tehranda mətbuat konfransı keçirən İranın XİN sözçüsü Ramin Mehmanpərəst deyib: Biz də təəccüb etdik ki, cənab Həsənovun səfərindən və onunla müzakirələrdən az bir müddət sonra İranın Teleradio Təşkilatının Bakıdakı ofisinin müdiri ilə Azərbaycanda qeyri-münasib davranış olub.
İran İslam Respublikası XİN sözçüsü əlavə edib: İran-Azərbaycan münasibətləri ən yüksək səviyyədə olmalıdır. Biz müştərək tarixi, dini və mədəni köklərə malik iki qonşu ölkəyik və media əməkdaşlıqlarını məhdudlaşdırmaq əvəzinə, bu əməkdaşlığın genişləndirilməsi və yeni fürsətlərin yaradılması ardınca olmalıyıq.
Ramin Mehmanpərəst ümidvarlıq edib ki, rəsmi Bakı tez bir zamanda İran İslam Respublikası Teleradio Təşkilatının Azərbaycan Respublikasındakı ofisinin müdiri ilə qeyri-münasib rəftarın islah olunması üzrə addım atacaq və onun əvəzini çıxacaq.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri və prezident İlham Əliyevin Tehrana göndərdiyi xüsusi nümayəndəsi Əli Həsənovun İrana səfəri zamanı əldə olunmuş anlaşmalara əsasən iki ölkənin media əməkdaşlıqlarının genişləndirilməsi üçün qərara alınmışdı ki, İran İslam Respublikasının Teleradio Təşkilatının Bakıdakı ofisinin müdiri Əhməd Kazimi iki ölkənin müştərək media komitəsində İran tərəfinin nümayəndəsi olsun.
Siyasi müşahidəçilər Əli Həsənovun Tehrandan qayıtmasından təkcə 4 gün sonra Əhməd Kaziminin Bakıya daxil olunmasının qarşısının alınması ilə bağlı rəsmi Bakının hərəkətindən təəccüb edir və bu ehtimalı irəli sürürlər ki, Azərbaycan Respublikasının daxilindəki bəzi dairələr İlham Əliyevin Tehrana göndərdiyi xüsusi nümayəndəsinin missiyasını məğlubiyyətə uğratmağa çalışıblar.
Bakıdakı məsul şəxslər dolayısı şəkildə bu hərəkətin səbəbini texniki məsələlər və problemlərlə əsaslandırmağa çalışıblar.