Tarix : 2011 Dec 13
Kod 27256

13 yaşlı erməni Azərbaycana məktub göndərdi

“Bütün dünyaya, bütün ölkələrə müraciət edib çörək istəmişəm, çörək pulu istəmişəm”
well/Aran agentliyi

 

Mən David Davtyanam, 13 yaşım var. Erməni faşizmi məni acından öldürür. Ölkədən çıxmağa qoymurlar. Məni burada basdırmaq istəyirlər. Bütün dünyaya, bütün ölkələrə müraciət edib çörək istəmişəm, çörək pulu istəmişəm. Heç kəs 13 yaşlı uşağa bir çörək almağa pul verməyib. Mən ölümdən qorxmuram, amma insanların laqeydliyinə təəccüb edirəm. Doğrudanmı erməni zəhəri bütün dünyanı korlayıb. Ermənizm öldürür, dünya isə susur? Yalvarıram, rəhm edin, bizi öldürə bilərlər...”.

13 yaşlı erməni David Davtyanın shinjimae-zakkenayo@mail.ru elektron poçt ünvanından AzərTAc-a göndərdiyi bu məktub bir yeniyetmənin fəryadıdır. Onu düşündürən azğınlaşmış erməni faşizmindən daha çox heç kəsə aydın olmayan əlçatmaz məqsədlər naminə öz uşaqlarını qıran erməni cəmiyyətində hökm sürən özbaşınalığa bütün dünya birliyinin soyuqqanlığıdır. Acından üzülən vəhşi heyvanlar da belə hərəkət etmir.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2011 Dec 13