Tarix : 2011 Dec 14
Kod 27257

“KUFƏ ƏHLİ”ndən olmayaq!

“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq,bir az da mal, can (övlad) və məhsul qıtlığıilə imtahan edərik
well/Aran agentliyi

 

 

“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq,bir az da mal, can (övlad) və məhsul qıtlığıilə imtahan edərik. (Ya Rəsulum! Beləimtahanlara) səbr edən(vəəqidəsindəndönməyən) şəxslərə müjdəver!”(Bəqərəsurəsi 155)

Səbrli, möhkəm və mübariz ol mənim əziz müsəlman xalqım! İllərlə arzulayırdın ki, mənfur kommunist rejimi nə vaxt dağılar və muzeylərə gedər? Biz də rahat və müsətəqillik şəraitində öz  dinimizi əqidəmizi, İslamımızı və müqəddəs Quranımızı əmniyyətlə öyrənib müsəlmançılığımızı tam şəkildə qorumaqla xoşbəx həyat sürəcəyik. Belə bir atalar məsəli var deyərlər “Sən saydığını say, gör fələk nə sayır?”  Sən demə bolşeviklərin hələ bizim millətə yazığı gəlirmiş amma, özümüzünkilər ağzını açanın ağzından güllələməyə belə hazır imişlər.

Təşkkürlər, Allahın rəhmət və bərəkəti sizə olsun ey əziz müsəlman xalqım! Doğurdan da xırda hətta, bələydəki körpə uşaqdan tutmuş ağsaqqal və ağbirçəklərə qədər, başı örpəkli ana bacılar əziz İslam Peyğəmbərimizin (s) balası İmam Hüseynin (ə) əza məclislərində yaxşı iştirak etdiniz, göz yaşlarınızı tökdünüz və Allah-Taalanın bol-bol razılığını ələ gətirə bildiniz.

Amma, necə ki, öz gözlərimlə müşahidə etdim kimi, bu on günlük müsəlman xalqımızın əza mərasimində heç bir televiziya kanalı və radio proqramlarında müsəlman xalqın dərdinə və əzasına şərik olub, onlara başsağlığı verən bir veriliş görmədik. Sübh açılandan konsert və şolar başladı ta gecə kanallarındakı “ən tərbiyəvi mənəviyyatsızlıqlara qədər”. Hələ bu əzalı günlərdə xaricdən ölkəmizə dəvət olunmuş caz musiqi ansanbıllarını demirəm! Bu arada İmam Hüseyn (ə) ağanın başını kəsməkdən ötrü əllərinə qılınc alıb Kərbəlanın qanlı meydanına toplaşan Kufə Əhli yadıma düşdü. Səbəb isə İmamın (ə) ədalətsiz hakimə səs verməməsi idi. Hamı bilirdi və ən imanlı şəxsiyyətlər tarixdə dəqiq xəbər vermişdilər ki, bu məlun Yezid şərabxor, meymun oynadan, əxlaqsız, xalqın qanını içməyə hər an hazır olan və hakimiyyətdə qalmasına görə hər bir cinayətə əl ata biləcək bir canlıdır. Amma, bütün bunlara baxmayaraq, Kufə Əhli pak, günahsız, Allahsevər, ədalətli, şücaətli, qeyrətli İmam Hüseynin (ə) yanında yox, Onunla vuruşmaqdan ötrü üzbəüz meydanda dayandılar. Bunun səbəbini bir azca öyrənməkdən ötrü Yezid kimi şəxsiyyətsizləri müdafə edənlərin kimlərdən ibarət olması daha maraqlıdır. Tarix səhifələrində bu haqda belə açıqlama verilir. Yezid kimilərinə kimlər nökərlik edib, Peyğəmbərimizin (s) əziz balasının başını belə kəsməsinə razı olublar?

Birinci: Yer üzünün ən yaltaq, şərəfsiz, vəzifə güdən və öz şəxsiyyətinə görə hər şeyi hətta, Allaha olan zahiri imanını da əldən verməyə hazır olan alimlər, şairlər və indiki dildə desək, həqiqəti deməyə cürət etməyən Şüreyh kimi qazilər və imansız ziyalılar;

 İkinci: Leş yeməyə belə hazır olan şəxsiyyətsiz insanlar, həqiqəti bilə-bilə qəbul etməyib qarnını fikirləşən əqidəsiz insansifətlər; şeytanpərəstələr, iradəsiz və əqidəsi boşlar;

  Üçüncü: Öz canını hər şeydən əziz tutan qorxaqlar, birinin vurulmasını, döyülməsini və öldürülməsini gördükdə qorxusundan az qala canı çıxan əqidəsizlər; Kufə hakimi ibni Ziyad Kufənin belə qorxaqlarını Kərbəla səhrasına göndərməkdən ötrü səhrada quldurluq edən bir-iki nəfəri tutub camaatın gözü önünüdə boynunu vurdurur;

 Dördüncü: Əmirəlmöminin Əli (ə) kimi bir ədalətli rəhbərin ədalətinə dözə bilməyib, zəmanəsində Ona qarşı çıxan, dindən çıxmış xəvariclər;

 Beşinci: Zəmanəsinin informsiya vasitələrinin təbliği altına düşüb, aldanmışlar, fasiqlər, qumarbazlar və şərabxorlar; belə təbliğatlardan biri də  o zaman İslam Peyğəmbərinin (s) əziz balası İmam Hüseyn (ə) İslam dinindən çıxmasının yayılması idi;

Bütün bunların müqabilində, İmam Hüseynin (ə) başçılığı ilə Allaha xatir öz azadlığını, dinini, əqidəsini, cəmiyyətdə ədalət, şərəfini, namusunu və müstəqilliyini qorumaqdan ötrü möhkəm dayanmış şərəfli və kəramətli Allah bəndələri dayanmışdır.

Nəhayət, son yüzillikdən bu günə kimi bizim müqəddəs Vətənimizin başına gəlmiş müsibətlər və ilahi imtahanları xatırlayıram. Son illərdə Vətən, Müstəqillik, İslam, Müqədddəs Quran, Örpək, Namus, Qeyrət və Şərəf uğrunda bu günə kimi istər çöldə mübarizə aparan və istərsə də öz şirin həyatlarını əsirlikdə keçirməyə hazır olan alim və inanclı və şücaətli gənclərimizi xatırlayıram və sonda bu sualı öz-özümə verirəm: İlahi! Görəsən mən kimin dəstəsindəyəm?

Bir ruhani kimi onu bilirəm ki Allah-Taala müqəddəs Quranımızda peyğəmbərlərdən sonra İslam ümmətinin islah olunub və Haqqı batildən ayırıb insanlara tanıtdırmasına imanlı və Allahdan qorxan alimlərə tapşırıb. Buyurur:

“AllahdanÖzbəndələriiçərisində ancaq alimlərqorxar. (Onlar elmsahibiolduqlarıüçünAllahınvəhdaniyyətini, heybətvə əzəmətinidaha yaxşıbaşa düşürvə Ondandahaçox qorxurlar). Həqiqətən, Allahyenilməzqüvvətsahibidir, (möminləri) bağışlayandır!”(Fatirsurəsi 28)

Və sonda İslam Peyğəmbərinin (s) alimlər haqqında bütün əsrdə qızıl hərflərlə yazılası olan bir hədisi yadıma düşdü:

قال رسول الله صلی الله علیه واله وسلم :   اذا ظهرت البدع فی امتی فلیظهر العالم علمه فمن لم یفعل فعلیه لعنته الله (اصول کافی جلد 1صفحه 54)“Hərvaxtümmətiminarasındabidətbaşqaldırdı (yəni, haqqıbatildənayırmaqçətinləşdi) alim (vəyaruhani,ziyalı, elməhli) özelmivəimanıilə (heçnədənqorxmadan) həqiqətibəyanetməlidir.ƏgərbunuetməsəAllahınlənətinəgəlmişolar!” (Üsul Kafi, c.4; səh.54)

Yenə də doya bilmədim bu hədisdən başqa bir hədis də yadıma düşdü ki, Əmirəlmöminin Əlidən (əleyhissalam) nəql olunur, Həzrət buyrur:

 قال امیرالمومنین علی ابن ابیطالب صلوات الله علیهما :     اذا ظهرت البدع فعلی العالم ان یظهر علمه فان لم یفعل سلب منه نور الایمان. (وسائل الشیعه جلد16 صفحه 271)“Hərvaxtümmətinarasındabidətbaşqaldırdı (yəni, haqqıbatildənayırmaqçətinləşdi) alim (vəyaruhani,ziyalı, elməhli) özelmivəimanıilə (heçnədənqorxmadan) həqiqətibəyanetməlidir.Əgərbunuetməsəimannuruondangötürülər!” (Vəsail-Şiə; c.16;səh.271)

 Allah-TaaladansonnəfəsəkimiOnunimannurundaolmağımızıarzulayıram!

Əl-Mustafa (s) adınabeynəlxalq

İslamakademiyasnındoktorantı

Faiq Vəlizadə

 

  • Yazılıb
  • da (də) 2011 Dec 14