Tarix : 2011 Dec 14
Kod 27258

İmamın (ə) yeddi mərasimi

Çərşənbə, 14 Dekabr 2011-də Admin tərəfindən Tədbirlər kateqoriyasında yayımlandı
well/Aran agentliyi

 

Əhli-beyt (ə) sevərlər Vətəni olan Azərbaycan növbəti Məhərrəm-səfər əyyamını yaşayır. Hələ Məhərrəmlik ayının ilk günlərindən Vətənimizin hər bir güşəsində İmam Hüseynin (ə) və qəhrəman məsləkdaşlarının Kərbəlada şəhid olmasının anım mərasimləri keçirilir.

İçərişəhər “Cümə” məscidinin dini icması da bu münasibətlə silsilə tədbirlər həyata keçirmişdir. Belə tədbirlərin davamı olaraq, 12 dekabr 2011-ci ildə icma tərəfindən İmam Hüseynin (ə) şahadətinin yeddinci günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbir zamanı İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu xütbə söyləmişdir. Tədbir zamanı əzadarlıq mərasimi keçirilmiş, mərsiyələr, növhələr oxunaraq, bir daha Kərbəla şəhidləri anılmışdır.

Sonda isə Hacı İlqar İbrahimoğlu Məhərrəm-Səfər əyyamını yaşadan xalqımıza öz təşşəkkürü bildirmiş, xalqın xoş və firavan gələcəyi, Qarabağımızın azad olması, vətən şəhidlərimizin Kərbəla şəhidləri ilə məhşur olmaları üçün dualar etmişdir. Tədbir ümumi şəkildə “Fərəc” duasının oxunması ilə yekunlaşmışdır.

  • Yazılıb
  • da (də) 2011 Dec 14