Tarix : 2011 Dec 14
Kod 27285

İslam dünyası qüdrətli qütb olacaq

İslami Oyanış Asambleyasının baş katibi deyib: İslam dünyası tezliklə dünyada qüdrətli bir qütbə çevriləcək
well/Aran agentliyi

 

İslami Oyanış Asambleyasının baş katibi deyib: İslam dünyası tezliklə dünyada qüdrətli bir qütbə çevriləcək.

İRNA-nın məlumatına əsasən, Əli Əkbər Vilayəti regionda islami oyanış və Qərb dünyasında formalaşan Wall Streeti İşğal Et Hərəkatının tezliklə bütün dünyaya yayılacağını bildirib.

Vilayəti həmçinin deyib: İndiki şəraitdə Qərb ölkələri təkcə iqtisadi cəhətdən problem yaşamır. Əslində onların siyasi problemlərinə cavab verə biləcək bir rəsmi məqam yoxdur.

İslami Oyanış Asambleyasının baş katibi həmçinin deyib: İslam ölkələri artıq Qərbin müstəmləkəçiliyinə dözmür.

Əli Əkbər Vilayəti sonda deyib: İran İslam Respublikası təkcə region deyil, bütün dünya xalqlarının tələbi olan islami dəyərləri yaşatmağa və genişləndirməyə çalışır. Çünki region xalqları həyatın bütün aspektlərində islamın olmasını istəyir.

  • Yazılıb
  • da (də) 2011 Dec 14