Tarix : 2011 Dec 14
Kod 27287

Konstitusiya Iqtidar şallağıdır

Yazdıqları ilə etdikləri üst üstə düşmür
well/Aran agentliyi

 

Azərbaycan Respublikasının Konstitusiyası xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini tə`min edən hüquqi, dünyəvi dövlət qurmaq üçündürsə,bu dünyəvilik bizi axirətimizdən uzaq salacağını açıq şəkildə görürük.

Bu Konstitusiya əslində müsəlmanlara,islama zidd olaraq hazırlanmışdır.Beləki Maddə 7-də göstərildiyi kimi I. Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.

Bu maddələri yazanlar, yazdıqları ilə bir daha isbat edirlər ki, onların sistemlərində islam kəlməsi yer ala bilməz.Maraqlıdır bəs niyə dünyəvi dövlətin prezidenti and içmə mərasimində qurani-kərimi başı üstə tutur?Yazdıqları ilə etdikləri üst üstə düşmür nədənsə. Düşündürücü fikir ortaya çıxır, əgər Allahın kitabını başı üstə tuturlarsa,bəs onda niyə sözünü rəhbər tutmurlar?

Yenədə siyasət..Elə gələk bu günki Respublikada Azərbaycan vətəndaşı olan müsəlmanlara, görək onlar konstitusiyadan yararlana bilirmi?

Maddə 47. Fikir və söz azadlığı

I. Hər kəsin fikir və söz azadlığı vardır.

II. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.Açıqcası hakimiyyət bu yazdıqları qanunları tapdayıb keçir.

Günümüzdə məscidlərin bağlanması,müsəlmanların söz azadlıqlarının qarşısına dubinka və əllə-ayaqla çıxanlar öz qanunlarına belə hörmətsiz yanaşırlar.Əslində məsuliyyətsiz bu hakimiyyətə elə konstitusiyanın 80 maddəsi ilə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.Ancaq maraqlıdır kim bunları məsuliyyətə cəlb edəcək?

Maddə 6. Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi.

I. Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz.

II. ” Bu maddələri yazanlar, yazdıqları ilə bir daha isbat edirlər ki, onların sistemlərində islam kəlməsi yer ala bilməz.Maraqlıdır bəs niyə dünyəvi dövlətin prezidenti and içmə mərasimində qurani-kərimi başı üstə tutur?Yazdıqları ilə etdikləri üst üstə düşmür nədənsə. Düşündürücü fikir ortaya çıxır, əgər Allahın kitabını başı üstə tuturlarsa,bəs onda niyə sözünü rəhbər tutmurlar? “ Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir.

Bu gün necə hakimiyyət məyər mənimsənilməyib?Əlbəttə mənimsənilib.Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi — referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirməlidir.Qanunda belə göstərilsədə realda bunun tamam əksidir.Belə ki seçki dövründə məcburən dövlət idarə və müəssisələrində,qurumlarında,orqanlarında işləyənlərin hamısı bir nəfər kimi iqtidara səs verməyə sövq edilir.Vəzifələrini itirməkdən qorxan vətəndaş istəmədiyi halda belə YAP-üzvü olur və ya seçkilərdə iqtidarı dəstəkləyir.

Hər seçkidə qutuların başına eyni insanlar 300 manat alaraq təyin olunur.Onlarda xalqın yerinə boş xanaları doldurur.Yəqin Demokratiya,Hüquqi,Unitar respublikanın mənası budur.Çıxardıqları dünyəvi qanunları belə pozan hakimiyyət bu maddəni necə göz ardı edir maraqlıdır.

Maddə 111. Hərbi vəziyyət e`lan edilməsi Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə e`lan etdikdə, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda, Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə belə blokada üçün real təhlükə olduqda Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyət e`lan edir və bu barədə fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.

Faktiki olaraq 20 % torpaqlarımız işğal altındadır.Hər gün silahla düşməndən sərhədə yaxın ərazilərdə ki dinc insanlara,hərbçilərə atəş açılır.Nə üçün onda Azərbaycanda hərbi vəziyyət elan olunmur? Axı bunu konstitusiyamız deyir.Deməli konstitusiya əslində tək səssiz xalqa şamil olunur.Bəs təbii ehtiyatlarımız necə xalqa şamil olunur yoxsa yenə bunun qabağını hakimiyyət kəsir.Elə qanunla açıqlaması ortaya çıxacaq bu fikrimində.

Maddə 14 .Təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur.

Bu maddə lap gülməlidir.Niyə məhs bu təbii ehtiyatlar xalqa şamil olunmur və əgər respublikamıza mənsubdursa bəs amerikada nə işi var özümüzdə baha satılan neftimizin? Bəli qanunlar doqrudanda xalqa qarşı bir müdafiə sistemidir. Bu ölkədə qanunlar hakimiyyətin qamçısıdır.Ele bir qamçı düzəldiblər ki, onu bərkdə vura bilirlər yavaşda.Sonda müstəqil yaşamağımız üçün əslində bu qamçıdan və qamçını vuranlardan xilas olmağımız gərəkdir.

İSLAMTİMES - ELÇİN ƏHMƏDOV

  • Yazılıb
  • da (də) 2011 Dec 14