Tarix : 2011 Dec 15
Kod 27295

Azərbaycan prezidentini rüşvətlə satın alıblar

Əliyevlərin adı “Kojeni işi” ilə bağlı yenidən hallanmağa başladı
well/Aran agentliyi

Federal məhkəmə bu korrupsiya əməliyyatında ittiham olunan iş adamı Frederik Burkun apelyasiya şikayətini rədd edərək onu həbsdə saxlayıb

Dünən ABŞ-ın nüfuzlu “New-York Times” qəzeti veb-saytında Azərbaycan hakimiyyətini, xüsusilə prezident Ilham Əliyevi qəzəbləndirəcək məqalə yayıb. Söhbət Heydər Əliyevin prezident olduğu dövrdə ABŞ biznesmenlərinin qanunsuz yolla, rüşvət müqabilində Dövlət Neft Şirkətini ələ keçirməsi ilə bağlı məşhur “Kojeni işi” üzrə məhkəmə proseslərindən gedir. Məlum olur ki, korrupsiya əməlində ittiham olunan  biznesmenlərdən biri təqsirsizliyi ilə bağlı apelyasiya şikayəti verib. Lakin tutarlı sübutları olmadığı üçün Federal Apelyasiya Məhkəməsi onun şikayətini qəbul etməyib.

 

 

 

 

  • Yazılıb
  • da (də) 2011 Dec 15