well/Aran agentliyi
Federal məhkəmə bu korrupsiya əməliyyatında ittiham olunan iş adamı Frederik Burkun apelyasiya şikayətini rədd edərək onu həbsdə saxlayıb
Dünən ABŞ-ın nüfuzlu “New-York Times” qəzeti veb-saytında Azərbaycan hakimiyyətini, xüsusilə prezident Ilham Əliyevi qəzəbləndirəcək məqalə yayıb. Söhbət Heydər Əliyevin prezident olduğu dövrdə ABŞ biznesmenlərinin qanunsuz yolla, rüşvət müqabilində Dövlət Neft Şirkətini ələ keçirməsi ilə bağlı məşhur “Kojeni işi” üzrə məhkəmə proseslərindən gedir. Məlum olur ki, korrupsiya əməlində ittiham olunan biznesmenlərdən biri təqsirsizliyi ilə bağlı apelyasiya şikayəti verib. Lakin tutarlı sübutları olmadığı üçün Federal Apelyasiya Məhkəməsi onun şikayətini qəbul etməyib.