Tarix : 2011 Dec 16
Kod 27304

Rəsul Quliyev prezidentliyə namizədliyini irəli sürdü

Rəsul Quliyev iddiali danişdı: ''2013-cü ildə prezident seçiləcəyəm''
g/arannews

 

“Azərbaycan Respublikasında keçiriləcək 2013-cü il prezident seçkilərində iştirak edəcəyəm və bu seçkilərdə qalib gələcəyəm. Sizi də 100 faiz əmin edirəm ki, mənim seçilməyimdə heç bir saxtakarlıq olmayacaq. Heç vaxt saxta prezident olmağı özümə layiq bilmərəm. Əsas məsələ odur ki, səsverməni saxtalaşdırmaq istəyən insan istəsə də, bunu edə bilməyəcək”. “Qafqazinfo”nun məlumatına görə, bunu "Bakı" informasiya agentliyinə müsahibəsində Amerikada yaşayan eks-spiker Rəsul Quliyev deyib.

 

 

O bildirib ki, görəcəyi işin əsas istiqaməti odur ki, 99,9 faiz prezident seçkilərində şəxsən iştirak etsin:

 

“Artıq 64 yaşım var, buna baxmayaraq, seçkilərdə fəal iştirak edəcək, Azərbaycan xalqını düşdüyü bu vəziyyətdən çıxarmaq üçün əlimdən gələni edəcək və sona qədər mübarizə aparacağam. Bu, həm də mənim üçün sonuncu şansdır və bundan lazımi qədər istifadə etməyə çalışacağam. Ola bilsin ki, məni kimisə dəstəkləmək üçün seçkilərə buraxmasınlar. Bu da 1 faizlik ehtimaldır. Əgər bu ehtimal gerçəkləşərsə, onda o insanın xeyrinə geri çəkiləcəyəm ki, o, dediyim ideyanı və proqramı qəbul etsin. Başqa insanları dəstəkləyəcək halda deyiləm, çünki, bir çoxlarında prezident olmaq həvəsi oyanıb. Ona görə yox ki, həmin insan xalqın xeyri üçün hakimiyyətə gəlmək istəyir. İndi də başqa bir qrup gəlib bu yetim xalqı talamaq istəyir. Mən də bu təhlükəli meylləri görürəm. Əgər Əliyevlərdən sonra kimsə xalqı ağır sınağa çəkmək istəsə, xalq mənəvi-əxlaqi cəhətdən tamamilə məhv olacaq və onu artıq xalq adlandıra bilməyəcəyik. Vətənini həddən artıq sevən insan kimi deyə bilərəm ki, xalqımı bir də ağır sınaqlara düşməyə qoya bilmərəm. Bu gün Şuşada turizm mərkəzləri tikilir və artıq ora turistlərin axını başlayıb. Bir neçə müddətdən sonra isə onların sayı Azərbaycana gələnlərin sayından dəfələrlə çox olacaq. Vaxtilə Topxana meşəsində 2 dənə ağacın kəsilməsinə etiraz etmək üçün 1 milyondan insanı meydana tökən Azərbaycan xalqı bu gün elə bir dəhşətli sakitliklə bunu seyr edir ki, insanın tükü biz-biz olur. Bu da onu göstərir ki, artıq insanlar diri-diri qəbirə girməyə də hazırdır. İmkan vermək olmaz ki, milləti düşdükləri vəziyyətdən də pis vəziyyətə salsınlar”.

  • Yazılıb
  • da (də) 2011 Dec 16