Tarix : 2011 Dec 16
Kod 27305

Xırdalan-Bakı marşrutunun avtobus sürücüləri tətil etdilər

Dünən səhər saatlarında Abşeron rayonu Xırdalan şəhər sakinlərinin Bakıya gəlməsində problem yaranıb
g/arannews

 

"APA-Economics"in xəbərinə görə, buna səbəb Xırdalan-Bakı (3-cü mkr. dairəsi) marşrutu ilə hərəkət edən 325 (135) saylı avtobusların sürücülərinin xəttə çıxmaqdan imtina etməsi olub. Nəticədə yüzlərlə vətəndaş dayanacaqlarda uzun müddət avtobus gözləməyə və ya Bakıya taksi ilə gəlməyə məcbur olub. Məsələ ilə bağlı "APA-Economics"ə açıqlama verən Nəqliyyat Nazirliyi Katibliyinin rəhbəri Namiq Həsənov 325 (135) saylı avtobusların sürücülərinin xəttə çıxmaqdan imtina etməsi xəbərini təsdiqləyib. Onun sözlərinə görə, sürücülər əmək haqlarının gecikdirilməsinə etiraz əlaməti olaraq bu addıma əl atıb: "Lakin məndə olan məlumata görə, onlar 3-4 gün əvvəl maaşlarını alıb. Bu səbəbdən onların addımının səbəbi mənim özüm üçün də maraqlıdır".

   N.Həsənov 325 (135) saylı marşrutla hərəkət edən avtobusların başqa sürücülər tərəfindən xəttə çıxarıldığını və problemin artıq həll olunduğunu bildirib.

   Lakin Xırdalan şəhər sakinlərinin verdiyi məlumata görə, hazırda bu xətdə yalnız iki avtobus hərəkət edir - biri Bakıdan Xırdalana, digəri əks istiqamətdə. Nəticədə, problem hələ də həll olunmayıb.

  • Yazılıb
  • da (də) 2011 Dec 16