Tarix : 2011 Dec 16
Kod 27308

HAKİMİYYƏTİN QARABAĞ MARAĞI

Zərdüşt Əlizadə: ''Ölkəyə gələn neft-qaz pullarının kimlərin cibinə getməsi hamıya məlumdur
well/Aran agentliyi

 

 

Ermənistan prezidentinin keçmiş müşaviri Jirayr Libaredyan Qarabağ münaqişəsi iləbağlı açıqlama verib. O bildirib ki, “Ermənistan hakimiyyəti bu cür özünüaldatma yolu iləelətəsəvvür yarada bilər ki, hər şey yaxşı gedir, dözəcəyik. Qarabağ məsələsindəvaxt Azərbaycanın xeyrinəişləyir vəErmənistan status-kvonun uzanmasından fayda gözləməkdəyanılır”. Digər tərəfdən Azərbaycan rəsmiləri dədaima Qarabağ münaqişəsi iləbağlı fikirlər səsləndirərkən münaqişəvaxtının uzanmasının Azərbaycanın xeyrinəvəErmənistanın ziyanına işlədiyini bildirirlər.

Faktxeber.com-un “münaqişənin vaxtının uzanması doğrudanmı Azərbaycanın xeyrinəişləyir”, - sualına aydınlıq gətirən politoloq Zərdüşt Əlizadə, münaqişənin vaxtının uzanması iləstatus-kvonun tədricən legitimləşdiyini bildirdi: “Artıq bir neçəmüddətdən sonra böyük dövlətlər Azərbaycana deyəcəklər ki, sən Qarabağa yiyələnmək hüququnu itirmisən. 20 ildən artıqdır ki, Qarabağ bizdədeyil. Bu müddət 30 il olandan sonra deyəcəklər ki, Qarabağda artıq bütöv bir nəsil yetişib vəAzərbaycan insanların yaşaması üçün əlverişsiz bir yerdir. Hazırda Azərbaycanda qeyri-demokratik vəsəmərəsiz bir rejim mövcuddur. Ermənistanın vəziyyəti nəqədər ağır olursa-olsun, hər halda Azərbaycandan fərqli olaraq Qərbin ermənilərəqarşı münasibəti daha yaxşıdır. Ona görəhesab edirəm ki, münaqişənin vaxtının uzanması Azərbaycanın ziyanına işləyir.”

Münaqişənin vaxtının uzadılmasının Azərbaycan hakimiyyətinin marağına xidmət etdiyini qeyd edən Zərdüşt Əlizadə, “ölkəyəgələn neft-qaz pullarının kimlərin cibinəgetməsi hamıya məlumdur. Ciblərinəpul gedən şəxslərin hamısı varlanır vəxalqa deyirlər ki, lazım gəlsəQarabağı alacağıq. Xalq da oturub qulaq asır. Digər tərəfdən, vaxtın uzanması bölgəni idarəedən Rusiyanın da maraqlarına xidmət edir. Rusiya bu münaqişəiləAzərbaycan vəErmənistanı özündən asılı vəziyyət salıb. Eyni halda, münaqişəimkan verir ki, Qərb öz mövqelərini regionda daha da möhkəmləndirsin. Münaqişənin bir neçəyerəfaydalı olması, münaqişənin həllinin qarşısını alır”, - deyəbildirdi.

  • Yazılıb
  • da (də) 2011 Dec 16