Tarix : 2011 Dec 16
Kod 27311

Lənkəranda polis-camaat qarşıdurması olub

150 nəfər kənd sakini ilə sərhəd zastavasına gələrək hərbiçilərə təzyiq göstərib
well/Aran agentliyi

 

Dekabrın 15-dəsaat 17:30 radələrindəLənkəran rayonunun Nərimanabad-2 kəndinin bir qrup sakini dəniz sərhədlərini pozmaqla qanunsuz balıq ovu iləməşğul olarkən onlardan 9 nəfəri Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılıb.

Trend cüməgünü Respublika Prokurorluğu vəDaxili İşlər Nazirliyinin birgəyaydığı məlumata əsasən bildirir ki, bundan xəbər tutan həmin şəxslərin yaxınları təxminən 150 nəfər kənd sakini iləsərhəd zastavasına gələrək hərbiçilərətəzyiq göstərib, saxlanılanların azad olunmalarını tələb ediblər.

"Daxili işlər orqanlarının hadisəyerinəgəlmiş əməkdaşları kənd sakinlərini sakitləşdirməyəçalışıb, asayişi pozmamağa dəvət ediblər. Lakin onlardan bir qrupu polis əməkdaşlarına müqavimət göstərib, müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

İctimai qaydanı kobud surətdəpozmuş vəhakimiyyət nümayəndəsinəmüqavimət göstərmiş 9 nəfər Lənkəran Polis Şöbəsinəgətirilib. Həmin şəxslərdən 3-ünün izahatı alındıqdan sonra buraxılıb, 6-sı saxlanılıb", - məlumatda bildirilir.

Fakt üzrərayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinəqarşı müqavimət göstərməvəya zor tətbiq etmə) və221.3-cü (xuliqanlıq) maddələri iləcinayət işi başlanılıb, istintaq aparılır.

HaqqYolu

  • Yazılıb
  • da (də) 2011 Dec 16