İran İslam Respublikası Təhlükəsizlik Nazirliyinin ümumi əlaqələr şöbəsi bu gün bir bəyanat yayaraq bildirib ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin tabeliyində olan bir casusu...
well/Aran agentliyi
İran İslam Respublikası Təhlükəsizlik Nazirliyinin ümumi əlaqələr şöbəsi bu gün bir bəyanat yayaraq bildirib ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin tabeliyində olan bir casusu, İranda casusluq fəaliyyətlərini başlayarkən təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
İranın Təhlükəsizlik Nazirliyinin bəyanatında deyilir : ABŞ ordusunun casusluq bölmələrində ,habelə ABŞ-ın Əfqanıstan və İraqdakı hərbi bazalarında fəaliyyət keçmişinə malik olan bu amerikalı casusa İranın təhlükəsizlik aparatına nüfuz etmək üçün çox mürəkkəb bir əməliyyatın icrası tapşırılıbmış.
Bəyanatda deyilir : İranın təhlükəsizlik qüvvələri MKİ-nin bu casusunu , onun Əfqanıstanın Bəqram hərbi bazasında, İrana qarşı proqramlaşdırılmış məqsədyönlü fəaliyyətlərlə məşğul olarkən müəyyənləşdirmişdir və o ,İran ərazilərinə daxil olandan sonra onu həbs edib.
İranın Təhlükəsizlik Nazirliyinin bəyanatında deyilir : MKİ casusu İranda bir müddət İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətdə imiş.