Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan Liviya Milli Keçid Şurasının sədri Mustafa Abdülcəlil ilə görüşdükdən sonra mətbuat konfransı keçirib
well/Aran agentliyi
Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan Liviya Milli Keçid Şurasının sədri Mustafa Abdülcəlil ilə görüşdükdən sonra mətbuat konfransı keçirib
Baş nazir Ərdoğan mətbuat konfransında əməliyyatdan sonra ilk dəfə çıxış edib. O, Fransaya çox sərt xəbərdarlıqlar verib: "Ruandada edilən qırğınlarda Fransanın rolunu görən yoxdur. Öz tarixi ilə üzləşməyənlər Türkiyəni günahlandıra bilməzlər. Parlamentlər tarixi yalanlara qarşı çıxanlara əngəl olmamalıdır. XXI əsrdə bir Avropa ölkəsinin tarixi yalanları tənqid edənlərə qarşı süni maneələr yaratması utancverici haldır. Erməni iddialarına dair qanun layihəsinin Fransa parlamentində səsverməyə çıxarılması münasibətlərimizin birdəfəlik pozulmasına səbəb ola bilər".
O söyləyib ki, Fransa Milli Məclisi tarixlə maraqlanmaq istəyirsə, Ruandada, Əlcəzairdə olanlara aydınlıq gətirsin. Əllərində sənəd yoxdursa, biz onlara verərik. Türkiyə haqsız cəhdlərə hər cür diplomatik üsulla cavab verəcək.
SalamNews