Tarix : 2011 Dec 17
Kod 27337

Kərbəlayi Natiq Kərimov: ''Hər bir şey qanun çərçivəsində olmalırdır''

Müsahibimiz Nardaran ağsaqqalı Kərbəlayi Natiq Kərimovdur
well/Aran agentliyi

 

Müsahibimiz Nardaran ağsaqqalı Kərbəlayi Natiq Kərimovdur

- Kərbəlayi, suallarımıza cavab verməyə razılıq verdiyinizə görə sizə təşəkkür edirik. Bizə çatan məlumatlara görə Nardaran sakinlərindən bir necə nəfəri tutub naməlum istiqamətlərdə aparıblar. Bu barədə sizin fikrinizi bilmək istərdik.

- Allahın adı ilə. Əvvəla bütün oxucularınıza məhərrəm-səfər əyyamı münasibətilə başsağlığı verirəm. Bu xoşagəlməz hərəkətlərin başlaması məhərrəmlikdən bir qədər öncəyə təsadüf edir. Həcc ziyarətindən qayıtmış kənd sakini Hacı Elçin evindən aparılıb, yeri isə bir neçə gündən sonra ailəsinə bildirilib. Biz kənd ağsaqqalları olaraq, Hacı Elçinin ailəsinin xahişi ilə heç yerə məlumat vermədik. Ümüd edirdik ki, bu anlaşılmazlıqdır, tez bir zamanda çözülər. Amma bizim ümüdimizin əksinə olaraq, Hacı Elçin barədə şər və böhtanla cinayət işi acıldı və üzərinə külli miqdarda narkotik qoyularaq, həbs edildi. Hazırda o, təcridxanadadır.

Bundan sonra Bakı şəhəri Qaz İdarəsinin rəhbərliyinin xahişi ilə Nardaran kəndində qaz verilməsinə və pul yığılmasına köməklik edən Kərbəlayi İmran adlı kənd sakinini həbs etmişdirlər. Daha doğrusu, onu da oğurlamışlar.

Qeyd edim ki, Kərbəlayi İmran Qarabağ veteranıdır. Cəbhəyə könüllü gedənlərdəndir, Vətən uğrunda ağır yaralanmışdır.

Ən axırırıncı olay - Hacı Dilavərlə bağlıdır. Onu Maştağadan aparıblar. Hər üc olayda günahsız insanları tutub maşınlara otuzduraraq, naməlum istiqamətdə aparıblar.

 

- Kənd sakinlərinin bu olaylara münasibəti necədir?

- Əlbəttə ki, kənd camaatı böyük narahatlıq və narazılıq keçirir. Bu saxlanılanları hamı tanıyır. Onlar mömin, imanlı bir insanlardır. Kəndin bütün xeyriyyə işlərində canla-başla iştirak edənlərdirlər. Bunlardan başqa daha bir necə adam izlənilir. Sakinlərin bu cür həbsi və qeyri-qanuni şərlənməsi yaxşı nəticələrə gətirib çıxarmayacaq.

 

- Fikrinizcə, bu olayların səbəbi nədir?

- Vallah, bu suala birmənalı cavab vermək olmur. Bəlkə Nardaran sakinlərinin İslama, Əhli-beytə (ə) bağlılığı birilərində qıcıq yaradır? Bəlkə Nardaranda Aşura mərasimlərinin izdihamlı keçməsi, Azərbaycanın hər yerindən buraya zəvvarların gəlməsi müəyyən qisim məmurların narahatlıqlarına səbəb olur? Məhərrəm-səfər əyyamında Nardaranda yerləşən "Həkimə xanım (s.ə.)" hərəminə yüzminlərlə zəvvar gəlir. Bəlkə bu amil kimlərisə narahat edir? Birmənalı cavab vermək çətindir.

Məmuriyyətin Nardarana ögey münasibəti göz önündədir. Artıq 11 ildir ki, kəndin sosial problemləri çözmək bilmir. Bəlkə də Azərbaycanda ən böyük işsizlik buradadır.

Bunlar hamısı bir yana, bizi ən çox narahat edən - sakinlərimizin qeyri-qanuni həbsləridir. Axı necə ola bilər ki, şər və böhtanla dürüst adamlar, ailə başcıları həbs olunsun? Bu, böyük faciədir. Mənə elə gəlir ki kimlərsə Nardaran sakinlərini hakimiyyətlə qarşı-qarşıya qoymaq istəyir. Bunu biz dəfələrlə görmüşük.

 

- Kərbəlayi, bir sualımız da var. Eşitmişik ki, sizin evinizdə Türkiyə Cümhuriyyətinin səfirliyinin əməkdaşları qonaq olublar, bu, belədirmi?

- Tamamilə doğrudur. Mənə zəng eləyib bildirdilər ki, qardaş Türkiyənin səfirliyinin dini işlər üzrə müşaviri Nardarana gəlir, piri ziyarət edib, kəndin ağsaqqalları ilə görüşmək istəyir. Təbii olaraq, bildirdik ki, qardaş ölkənin nümayəndəsi Allahın qonağıdır və gözümüz üstə yeri var. Kənddən xeyli insan dəvət etdik. Dəvət olunanlar içərisində kənd icra nümayəndəsi də var idi. Yarım saatlıq bir görüş oldu. Əhli-beyt (ə) aşiqi olan qonağımızın kiçik bir söhbəti oldu. Məclisdəkilərin dərin hörmət və məhəbbətini qazanan qonaq, yüksək səviyyəli şəxsiyyət oldugunu, Quran bilicisi olduğunu bu kiçik zaman kəsimində sübut etdi. Biz qardaş ölkənin səfirinə salamlarımızın və sayğılarımızın çatdırılmasını, yaxın zamanda səfiri də kəndimizdə görmək istədiyimizi bildlrdlk.

Qanımızı qaraldan bu oldu ki, görüşdən 2 saat sonra bizim ilə bir yerdə olan Hacı Dilavəri Maştagada saxlayırlar və naməlum istiqamətdə aparırlar.

Ümumiyyətlə, bu cür saxlamalar qeyri-qanunidir. Hər hansı saxlanılan şəxsin hüquqi var. Hər bir şey qanun çərçivəsində olmalıdır, müvəqqəti saxlanılan şəxsin də hüquqları var. Bu hüquqlar mütləq təmin olunmalıdır.

Bir də necə olur ki, bütün camaatın gözəl tanıdıgı bir kənd sakini saxlanılandan, təcridxanada olandan sonra onun üzərindən külli miqdarda narkotik tapılır və cinatət işi başlanılır? Bu, qətiyyən yolverilməzdir.

Hamı bilsin ki, Uca Rəbbimiz hər şeyi görür və hər şeyi bilir. Allahın qəhri-qəzəbi qarşısında yaranmışlar cox acizdir. Nahaqdan şər və böhtanla tutulanların, əzilənlərin, haqqı əlindən alınanların ah-naləsi bu işi görənləri, bu işə əmr verənləri Allahın qəzəbinə tutar, inşəallah.

Allah sizlərə Nardaranın yanında oldugunuza görə kömək olsun

Deyerler

  • Yazılıb
  • da (də) 2011 Dec 17