Ermənistan Ordusunun Dağlıq Qarabağda yerləşən hərbi hissəsinin giziri həbs edilib
well/Aran agentliyi
Ermənistan Ordusunun Dağlıq Qarabağda yerləşən hərbi hissəsinin giziri həbs edilib. “Novosti-Armeniya”-nın verdiyi məlumata görə, hərbi hissənin yeməkxana rəisi, gizir Armen Tovmasyan hərbi qulluqçu Narek Avetisyana bədən xəsarəti yetirdiyinə görə tutulub.
A. Tovmasyanın metal zəncirlə N. Avetisyanın üzünə xəsarət yetirməsi nəticəsində ikinci gözünü itirib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertiza aparılıb.
APA