Azərbaycan Respublikası mediaları Bakı rəsmilərinə istinadla İran İslam Respublikasının Radio və Televiziya Təşkilatının Bakıdakı ofisinin ölkəyə buraxılmaması üzrə Azərbaycan ...
well/Aran agentliyi
Azərbaycan Respublikası mediaları Bakı rəsmilərinə istinadla İran İslam Respublikasının Radio və Televiziya Təşkilatının Bakıdakı ofisinin ölkəyə buraxılmaması üzrə Azərbaycan hökumətinin qeyri-diplomatik hərəkətini əsaslandırmaq üçün müxtəlif fikirlər səsləndiriblər.
Bizim Yol qəzeti "Nə üçün İran rəsmisinin Azərbaycana girişinə icazə verilmədi?" başlıqlı məqalədə yazır: "Bir müddət öncə Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi şöbə müdiri Əli Həsənovun İrana səfəri zamanı iki ölkə arasında müştərək media komissiyasının yaradılması haqda anlaşma əldə olunmuşdu. Buna baxmayaraq, Bakı İranın Radio və Televiziya Təşkilatının Bakı ofisinin müdirinə giriş icazəsi verməyib."
Bu qəzet daha sonra yazır: "İran tərəfi bu hadisəyə aydın münasibət bildirdi. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bu hadisədən təəccübləndiyini bildirdi və bu xoşagəlməz hadisəyə düzəlişin edilməsini istədi."
Turan Xəbər Agentliyi isə İranın Radio və Televiziya Təşkilatının Bakı ofisi müdirinin Xidməti Pasporta malik olduğuna işarə etmədən, diplomatik mənbələrə istinadla iddia edib ki, İranın Radio və Televiziya Təşkilatının Bakı ofisi müdirinin vizasının müddəti başa çatıbmış və o, öncədən viza almaq üçün Xarici İşlər Nazirliyinə və Azərbaycanın Tehrandakı Səfirliyinə müraciət etməyib. Və bundan başqa İran rəsmisinin Azərbaycana səfəri qarşısında heç bir maneə mövcud deyil. O, viza aldıqdan sonra Azərbaycan Respublikasına səfər edə bilər.
Mediaforum Xəbər Agentliyi də yazıb ki, İranın Azərbaycandakı səfirliyi də bildirib ki, İranın Radio və Televiziya Təşkilatının Bakı ofisi müdirinin Azərbaycan Respublikasına girişi ilə bağlı əlaqədar qurumlarla danışıqlar aparır.
Rus dilində çıxan "Exo" qəzeti də İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəstin Azərbaycan Respublikası hökumətinin bu məsələyə düzəliş etməsini istəməsinə işarə edərək, yazıb: "Hələ ki, Bakının bu addımı əsaslandırmaq üçün nə kimi faktlar irəli sürəcəyi məlum deyil."
Azadlıq qəzeti də bu haqda bir xəbər dərc edərək, yazıb: "İranın xəbər mənbələri Azərbaycanın Tehrandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırtdırılması ilə yanaşı, Azərbaycanın bütün media nümayəndələrinin İrandan çıxarılmasını istəyirlər."
Bu elə şəraitdədir ki, bir məlumatlı mənbə də Bakının vaxt itirmə üzrə siyasətinə işarə edərək, deyib: İran mediaları və xəbər mənbələrinin Azərbaycanın qeyri-diplomatik hərəkəti qarşısında ciddi və qətiyyətli addımın atılmasını tələb etməklə yanaşı, Azərbaycanın bütün media nümayəndələrinin yaxın vaxtda İrandan çıxarılacaqları məsələsinin də araşdırılmaqda olduğunu bildirib.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi şöbə müdiri Əli Həsənovun İrana səfəri zamanı iki ölkə arasında media əməkdaşlıqları komissiyasının yaradılması ilə bağlı anlaşmanın əldə edilməsindən yalnız 4 günün keçdiyi bir şəraitdə Bakı Aeroportunun rəsmiləri İranın Radio və Televiziya Təşkilatının Bakı ofisinin müdiri Əhməd Kazimiyə ölkəyə giriş icazəsi verməyiblər. Halbuki, Əli Həsənovun səfəri zamanı iki ölkə arasında əldə olunmuş anlaşmaya əsasən iki ölkə arasında yaradılmalı olan müştərək komissiyada İran tərəfini Əhməd Kazimi təmsil etməli idi. Belə ki, Kazimi İranın Radio və Televiziya Təşkilatının rəhbərliyi tərəfindən bu komissiyaya nümayəndə olaraq təqdim edilmişdi