Azərbaycan Respublikası hökumətinin İranın Radio və Televiziya Təşkilatının Bakı ofisi müdirini ölkəyə buraxmaması üzrə hərəkətinə reaksiyalar davam edir
well/Aran agentliyi
Azərbaycan Respublikası hökumətinin İranın Radio və Televiziya Təşkilatının Bakı ofisi müdirini ölkəyə buraxmaması üzrə hərəkətinə reaksiyalar davam edir.
Siyasi məsələlər üzrə baş analitik Məhəmməd Fərhad Koleyni Səhər kanalı müxbiri ilə müsahibədə bu məsələyə münasibət bildirib: "Azərbaycan Respublikasında bəzi ortabab dövlət məmurları ölkənin prestijinə yaraşmayan və iki ölkə əlaqələrinin standartlarına zidd olan addımlara əl atırlar."
Məhəmməd Fərhad Koleyni əlavə edib: "Əslində Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi şöbə müdirinin iki ölkə arasındakı media əməkdaşlığını inkişaf etdirmək məqsədilə İrana olan son səfərinin ardınca bu hadisənin baş verməsi düşündürücü haldır. Bu məsələ İran ictimaiyyətini çoxlu suallarla üz-üzə qoyub."
Siyasi məsələlər üzrə baş analitik Səhər kanalı müxbirinə eksklüziv müsahibəsinin davamında vurğulayıb: "Hər kəs soruşa bilər ki, Azərbaycan üçüncü qüvvələrin təsiri altına düşübmü? Aydındır ki, İran-Azərbaycan əlaqələri qarşılıqlı əlaqələrdir. Üçüncü cərəyanın təxribatına imkan verilməməlidir. Baş verən olaya görə, Azərbaycan tez bir zamanda bunun əvəzini çıxmalıdır və bu məsələnin öz həllini tapmaması, münasibətlərə kölgə sala bilər."
Məhəmməd Fərhad Koleyni İranın Radio və Televiziya Təşkilatının Bakı ofisi müdirinin Azərbaycana buraxılmaması məsələsinə münasibətinin davamında həmçinin deyib: "Mən inanmıram ki, İran dövləti məsələyə laqeyd yanaşacaq və hadisələrə sırf nəzarətçi olacaqdır."
Koleyni iki ölkə münasibətlərinə zərbə vurmaq istəyən ünsürlərin də olduğunu xatırladaraq, deyib: "Yeri gəlmişkən qeyd etməliyəm ki, bəzi ünsürlər iki ölkə əlaqələrinə sərinlik gətirməyə çalışırlar. Halbuki, İran-Azərbaycan əlaqələri olduqca möhkəmdir və bu kimi xırda məsələlərin geniş təsiri olmayacaq. Təxribatçı ünsürlər isə özlərini rüsvay etmiş olacaqlar."