Məclis nümayəndləri Xarici İşlər Nazirliyindən bu barədə ciddi və qəti reaksiya verməsini istəyirlər
well/Aran agentliyi
Məclis nümayəndləri Xarici İşlər Nazirliyindən bu barədə ciddi və qəti reaksiya verməsini istəyirlər
"Arannews"in məlumatına əsasən, "Cumhuriye İslami" qəzeti dünənki nömrəsində İran İslamŞurası Məclisinümayəndələrinin ölkənin Xarici İşlər Nazirindən Azərbaycan Respublikasının anti-İran hərəkətləri qarşısındakı reaksiyası və İranın Bakıdakı səfirlik və konsulluq başçılarının Televiziya və Radio Təşkilatının müdirinin deportasiyasına qarşı passiv rəftarının səbəbləri barədə soruşmaq niyyətində olduqlarından xəbər verdi.
Bu məlumata əsasən, nümayəndələr XİN-dən bu barədə ciddi və qəti reaksiya verməsini istəyirlər.
"Cumhuriye İslami" qəzeti xəbərin davamında yazir: "9 dekabrda Bakı Hava Limanı məmurları İİR Televiziya və Radio Təşkilatının Azərbaycan Respublikasındakı ofisinin müdiriƏhməd Kaziminin Bakıya girməsinə maneolublar. Bu hadisə elə bir şəraitdə baş verib ki, bu ölkə prezidentinin xüsusi nümayəndəsi cənab Əli Həsənovun Tehrana səfərində iki ölkə arasında media əməkdaşlıqlarının inkişafı üzrə müştərək komitənin yaradılması barədə razılıq əldə olunub və Əhməd Kazimibu komitədə İranın nümayəndəsi kimi tanıtdırılıb".
İran Məclisinin nümayəndələrinin bu istəyi, İran xəbər mənbələrinin Azərbaycan Respublikası media nümayəndələrinin İrandan çıxarılması tələbi ilə eyni vaxtdadır.