Tarix : 2011 Dec 18
Kod 27360

Sərhəd Polisi komandanı: Azərbaycan Respublikası məhkəmə və polisinin cavabını gözləyirik

''Bu ilin əvvəlindən indiyə kimi ölkə sərhədlərində spirtli içkilər aşkarlanmasında 75% artımın şahidi olmuşuq''
well/Aran agentliyi

 

General-mayor Hüseyn Zülfüqari sərhəd komandirləri konfransında sərhəd əməliyyatlarında ölkə sərhədlərində silah aşkarlanmasının 50% artmasından xəbər verməklə yanaşı dedi: "Bu ilin əvvəlindən indiyə kimi ölkə sərhədlərində spirtli içkilər aşkarlanmasında 75% artımın şahidi olmuşuq".

General-mayor qaçaqçıların tutulmasının 10% artmasını vurğulayaraq dedi: "Bununla da sərhədçilərin qaçaqçılarla münaqişələri 25% azalmışdır".

Zülfüqari sözünün davamında keçən il büdcədən sərhədçilər üçün 76 milyarad tümən ayrıldığını açıqlayaraq dedi: "Bu məbləğ tamamilə ödənildi və bu il də yenə təsdiq edilmiş məbləğin 40%-i sərhədçilərə təhvil verilmişdir".

Sərhəd Polisi komandanı dedi: "İlk sərhəd pozulması halı Azərbaycan Respublikası Sərhəd qüvvələrinin bir neçə sərhədçisinin silahlı surətdə İİR sərhədlərindən İrana daxil olması olubdur. Bu aşkar sərhəd pozuntusu hər iki ölkə mütəxəssisləri tərəfindən təsdiq olundu".

Zülfüqari artırdı: "Azərbaycan Respublikası rəsmiləri isə üzrxahlıq əvəzinə bu hadissənin AR ərazisinda baş verməsinə dair əsassız iddialar qaldırdılar. Halbuki, hər iki ölkə mütəxəssislərinin təsdiqləməsinə əsasən sözü gedən hadisə İran ərazisində baş vermişdir".

O  artırdı: "Bir müddət qabaq AR sərhədçiləri bir İran sərhədçisini 14 güllə ilə öldürdülər. Bu hərəkət sərhədlə bağlı bütün qayda-qanunların ziddinədir".

Zülfüqari Azərbaycan Respublikası məhkəmə və polisinin cavabını gözlədiklərini vurğulayaraq dedi: "Azərbaycan Respublikası rəsmiləri qanun əsasında gərək öz hərəkətlərinə cavab versinlər".

  • Yazılıb
  • da (də) 2011 Dec 18