Tarix : 2011 Dec 18
Kod 27361

Ya Eurovision, ya Nardaran!

Neçə vaxtdır söhbət gəzir ki, ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Eskudero Nardaranı Eurovision qabağı “vəhşi çimərliyə” çevirmək üçün qlobal layihə həyata keçirir
well/Aran agentliyi

 

Neçə vaxtdır söhbət gəzir ki, ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Eskudero Nardaranı Eurovision qabağı “vəhşi çimərliyə” çevirmək üçün qlobal layihə həyata keçirir. Nardaranda 30 hektar torpaq sahəsini ələ keçirmiş Eskuderonun hakimiyyətlə müştərək mənafelri var: Nardaran adlı dindar kəndi “sterilə” etmək!

Xə bər var ki, Nardaranda bir neçə nəfər həbs olunub. Bu barədə “Yeni Müsavat”a qəsəbədəki mənbələrdən məlumat daxil olub. Orada baş verənlərlə bağlı məlumat almaq üçün Nardaran ağsaqqalı Kərbəlayi Natiq Kərimovla əlaqə saxladıq. N.Kərimov bildirdi ki, bu xoşagəlməz hərəkətlərin başlaması məhərrəmlikdən bir qədər öncəyə təsadüf edir: “Həcc ziyarətindən qayıtmış kənd sakini Hacı Elçin evindən aparılıb, yeri isə bir neçə gündən sonra ailəsinə bildirilib. Biz kənd ağsaqqalları olaraq, Hacı Elçinin ailəsinin xahişi ilə heç yerə məlumat vermədik. Ümid edirdik ki, bu anlaşılmazlıqdır, tez bir zamanda çözülər. Amma bizim ümidimizin əksinə olaraq, Hacı Elçin barədə şər və böhtanla cinayət işi açıldı və üzərinə külli miqdarda narkotik qoyularaq, həbs edildi. Hazırda o, təcridxanadadır. Bundan sonra Bakı Şəhəri Qaz İdarəsinin rəhbərliyinin xahişi ilə Nardaran kəndində qaz verilməsinə və pul yığılmasına köməklik edən Kərbəlayi İmran adlı kənd sakinini həbs etmişdilər. Daha doğrusu, onu da oğurlamışdılar. Kərbəlayi İmran Qarabağ müharibəsi veteranıdır. Cəbhəyə könüllü gedənlərdəndir, Vətən uğrunda gedən döyüşlərdə ağır yaralanıb.

Ən axırıncı olay Hacı Dilavərlə bağlıdır. Onu Maştağadan aparıblar. Hər üç olayda günahsız insanları tutub maşınlara oturduraraq, naməlum istiqamətdə aparıblar”.

N.Kərimov bildirib ki, bu olaylar kənd camaatının böyük narazılığına səbəb olub: “Bu saxlanılanları hamı tanıyır. Onlar mömin, imanlı bir insanlardır. Kəndin bütün xeyriyyə işlərində canla-başla iştirak edənlərdirlər. Bunlardan başqa daha bir necə adam izlənilir. Sakinlərin bu cür həbsi və qeyri-qanuni şərlənməsi yaxşı nəticələrə gətirib çıxarmayacaq”.

Bu olayların səbəbinə gəlincə isə N.Kərimov bu suala birmənalı cavab verməyin çətin olduğunu deyib: “Bəlkə Nardaran sakinlərinin İslama, Əhli-beytə (ə) bağlılığı birilərində qıcıq yaradır? Bəlkə Nardaranda Aşura mərasimlərinin izdihamlı keçməsi, Azərbaycanın hər yerindən buraya zəvvarların gəlməsi müəyyən qisim məmurların narahatlıqlarına səbəb olur? Məhərrəm-səfər əyyamında Nardaranda yerləşən "Həkimə xanım (s.ə.)" hərəminə yüz minlərlə zəvvar gəlir. Bəlkə bu amil kimlərisə narahat edir? Birmənalı cavab vermək çətindir. Artıq 11 ildir ki, kəndin sosial problemləri çözmək bilmir. Bəlkə də Azərbaycanda ən böyük işsizlik buradadır.

Bunlar hamısı bir yana, bizi ən çox narahat edən məsələ sakinlərimizin qeyri-qanuni həbsləridir. Axı necə ola bilər ki, şər və böhtanla dürüst adamlar, ailə başçıları həbs olunsun? Bu, böyük faciədir. Mənə elə gəlir ki, kimlərsə Nardaran sakinlərini hakimiyyətlə qarşı-qarşıya qoymaq istəyir. Bunu biz dəfələrlə görmüşük”.

Qeyd edək ki, Türkiyə səfirliyinin əməkdaşları Nardaranda N.Kərimovun evində qonaq olublar. N.Kərimov bu hadisənin belə baş verdiyini deyir: “Mənə zəng eləyib bildirdilər ki, qardaş Türkiyənin səfirliyinin dini işlər üzrə müşaviri Nardarana gəlir, piri ziyarət edib, kəndin ağsaqqalları ilə görüşmək istəyir. Təbii olaraq, bildirdik ki, qardaş ölkənin nümayəndəsi Allahın qonağıdır və gözümüz üstə yeri var. Kənddən xeyli insan dəvət etdik. Dəvət olunanlar arasında kənd icra nümayəndəsi də var idi. Yarım saatlıq bir görüş oldu. Əhli-beyt (ə) aşiqi olan qonağımızın kiçik bir söhbəti oldu. Məclisdəkilərin dərin hörmət və məhəbbətini qazanan qonaq, yüksək səviyyəli şəxsiyyət olduğunu, Quran bilicisi olduğunu bu kiçik zaman kəsimində sübut etdi. Biz qardaş ölkənin səfirinə salamlarımızın və sayğılarımızın çatdırılmasını, yaxın zamanda səfiri də kəndimizdə görmək istədiyimizi bildirdik.

Qanımızı qaraldan bu oldu ki, görüşdən 2 saat sonra bizim ilə bir yerdə olan Hacı Dilavəri Maştağada saxlayırlar və naməlum istiqamətdə aparırlar”.

HaqqYolu

  • Yazılıb
  • da (də) 2011 Dec 18