well/Aran agentliyi
Müqəddimə
Müsəlman xalqlarının oyanışı və inqilabi dəyişikliklərin baş verməsi, son on illikdə, əsasən də ötən ildə regionda islami oyanışın dalğalarının genişlənməsi, İslam xalqının öz unudulmuş mənliyinə və mədəniyyətinə qayıtmasından xəbər verir. Bu arada gənclər İslam və islami inqilabın mahiyyətinin qorunmasında potensial bir qüvvə olaraq, vəziyyətdən səmərəli yararlanmaqda, dəyişikliklərin bərqərar olmasında, istikbar qüvvələrinin inqilabı öz hədəfindən uzaqlaşdırmasının qarşısını almaqda əvəzedilməz rol oynayırlar. Ona görə də İslami Oyanış İclasının katibliyi gənclərin inqilabların öz məqsədinə çatmasında ifa etdiyi rolunu bəyan etmək üçün 2012-ci il 28-29 fevralda keçiriləcək "Gənclər və İslami Oyanış Beynəlxalq İclas"ınıaşağıdakı mövzular üzrə keçirmək qərarındadır. Bu səbəbdən bütün ziyalı, alim, mütəfəkkir, mütəxəssis və fəal gəncləri öz elmi məqalələri ilə bu iclasın dəyərini artırmaq üçün bizə kömək etməyə dəvət edirik.
İclasın məqsədi
1. İslam prinsiplərinin dirçəlməsi, hədəf və dəyərlərinin İslam şəriəti və Quran əsasında həyata keçməsi.
2. İslam ölkələrinin islami və milli izzət və kəramətin dirçəlməsi.
3. İslamın beynəlxalq qüdrətinin təşkili və din, elm, ağıl, əxlaq üzərində qurulmuş yeni islami mədəniyyətin yaranması.
4. Hərəkatlar, şəxsiyyətlər, tanınmış fəallar arasında qarşılıqlı əlaqə və təcrübə mübadiləsinin yaranması.
5. Yeni siyasi hakimiyyət qurluşunda küfr və istikbar cəbhəsinin dəxalət və təsiri ilə mübarizə aparmaq.
6. Qərb demokratiyası yerinə islami xalq hökuməti modelinin təklif edilməsi.
7. İstikbar və sionizm idarə sisteminin zülm, sitəm, unilateralismi ilə mübarizə.
8. İstikbar rejiminin hərtərəfli təbliği ilə qarşılaşmaq üçün milli özünə inam və mənlik ruhunun gücləndirilməsi.
Məqalələrin mövzuları
Nəzəri, fikri mövzular, gənclərin və islami oyanışın əsas çərçivələri
1. Dini və islami təlimlərin gənclərin oyanışında rolu və onun siyasi proseslərdə təsiri.
2. Dini bir inqilabın təməlinin formalaşmasının səbəbləri.
3. Orijinal meyarların izah və bəyanı, islami oyanışın dönməzliyi və qorunması.
4. İslami xalq hökumətinin (demokratiyanın) xüsusiyyətlərinin açıqlanması və onun qərbi leberal demokratiya ilə müqayisəsi və gənclərin onun həyata keçməsində rolu.
5. İmam Xomeyninin (rh) nəzərində İslami demokratiya modelinin qanuniliyi, məqbulluğu və effektinin araşdırılması.
İslami inqilabın səbəbləri və gənclərin rolu
1. İslam ölkələrinin cavanlarının fəaliyyətində İran İslam İnqilabının, imam Xomeyninin (rh) və Xameneyi həzrətlərinin fikirlərinin təsiri.
2. İslami oyanışın dalğalanmasında (Seyid Camal, İqbal Lahuri, Məhəmməd Əbduh, imam Xomeyni, Əbdül Qadir Cəzairi, Ömər Muxtar, Seyid Məhəmməd Sanosi, Nəcməddin Ərbəkan, imam Musa Sədr, Seyid Məhəmməd Baqir Sədr, Bürhanəddin Rəbbani, Məhhəmməd Baqir Həkim, İzzəddin Qəssam, Səd Züğul və s. kimi) İslam alim və mütəfəkkirlərinin gənclərə təkanverici rolları.
3. Sionist rejimi ilə mübarizədə gənclərin 22 və 33 günlük müqaviməti və onun regionda islami oyanışa təsiri.
4. İslami xalq hökumətinin formalaşmasında gənclərin rolu və onun araşdırılması.
İslami oyanışı və gəncləri təhdid edən təhlükə (zəif nöqtələr və təhdidlər)
1. Dünya istikbarı və beynəlxalq sionizmin islami oyanış əleyhinə fəaliyyəti (planlar, təhdidlər, fikri sapdırmalar) və onun araşdırılması.
2. Super-güclərin islami hərəkatları azdırmaq, onların hərəkatına son qoymaq istəmələrində hədəf, maraq, dəlil və səbəblərini tanımaq və onların araşdırılması.
3. Dünya istikbarının gəncləri və inqilabçıları sapmalara çəkmək metod və siyasi-mədəni təlimlərinin (doktrina) tanınması və bunlardan onların öz əleyhinə istifadə istifadə etməyi layihələşdirmək.
4. İslami oyanış qarşısında dayanan problemlərin izahı və bu problemlərin aradan qalxmasında gənclərin rolunun araşdırılması.
5. İslami oyanışın dalğalarının qalarıqlı olmasında aparıcı və mütəxəssis inqilabçı gəncləri iştirakdan döndərən səbəblərin tanınması.
6. İslami oyanışda xalq qələbələrinin gecikməsinin dəlil və səbəblərinin araşdırılması.
7. İslam ölkələrinin geri qalmasının səbəblərinin tətbiqi araşdırılması və əldən çıxmış kimliyin qaytarılmasında gənclərin rolu.
Gənclər, islami oyanışın gələcəyinin perspektivləri və üfüqləri
1. İslam aləminin əzəmətinin dirçəldilməsində müsəlman cavanlarının elmi, əməli, fikri qabiliyyətlərindən necə istifadə edilməsi və bu məsələnin tanınması və izahı.
2. Vahid İslam ümmətinin təşkilində gənclərin rolu.
3. Din, ağıl, elm və əxlaq üzərində qurulmuş islami mədəniyyətin formalaşmasında gənclərin rolu.
4. Mədəni istiqlaliyyətin kəsbində gənclərin rolu və gənc təbəqənin islami oyanışın gələcəyindən tələbləri.
5. İslami oyanışın gələcəyinin səmərəli və davamlı olmasında, qorunmasında cavanların rolunun araşdırılmasının zəruriliyi.
İslam inqilabı, örnəklər, nailiyyətlər, gənclər və islami oyanış dalğaları
1. İslamın əvvəlindən indiyə kimi Mühəmmədin (s) gətirdiyi xalis İslamın genişlənməsində gənclərin rolu.
2. Gənclərin islami oyanışda öz inqilabi təcrübə, nəzər, metod və planlarının mübadiləsinin səbəb və forması.
3. İslami və xalq təşkilatları modellərinin yaradılması və islami oyanışın nailiyyətlərinin qorunmasında onun həyata keçməsini formalaşdırmaq.
4. İslami oyanış baş vermiş ölkə gənclərinin fəaliyyətlərində İslam İnqilabı gənclərindən örnək almasının tətbiqi araşdırılması.
Məqalələrin hazırlanmasında şərtlər
1. Məqalənin həcmi az azı 10 və ən çoxu 25 səhifə olmalıdır.
2. Məqalə elmi mətndə olmalı, ünvan (mövzunun adı), xülasə, nəticə və həll yolları olmalıdır.
3. Məqalə sahibləri özləri barədə (yaş, təhsil) məlumat verməlidir.
4. Fars və ərəbcə yazılmış məqalələrdə "Nazanin"14, latın əlifbası ilə olan məqalələr isə "TimeNew Roman" 12 fontundan istifadə olmalıdır.
5. Məqalə "Word 2007" proqramında hazırlanmalıdır.
6. Seçilmiş məqalələr iclasa təhvil veriləcək və CD şəklində iştirakçıların ixtiyarında qoyulacaq.
6. Tədqiqatçılar yuxarıfakı şərtlərə əməl etməklə öz məqalələrini fransız, urdu, azəri, istanbul türkü, alman və s. dillərdə göndərə bilərlər.
Ünvan və göndəriş qaydaları
Məqalələr aşağıdakı sayt vasitəsilə qəbul edilir:
Info@islamic-awakening.ir
2. Məqalələr CD ilə birlikdə və print şəklində "İslami oyanış İclasının" daimi katibliyinə aşağıdakı ünvana göndərilməlidir:
İran, Tehran, Vəli Əsr (əc) xiyabanı, Cami cəmin qarşısında, Xursənd küçəsi 35.
Əlaqə telefonları: 021-26217596 və 021-26217597
Məqalələrin göndərilmə müddəti
Məqalələrin son qəbul müddəti 23.10.1390 h.ş, 18 səfər 1433 h.q, 13 yanvar 2012 m, 23 cidi 1390 h.Əfqanistan, 10 kanuni sani 2323 idkəndəri, 18 səbt 5772 ibri ilinə kimidir.
Təşviqlər
1. Yüksək yer tutan məqalələrin sahiblərinə iclasda iştirak üçün xüsusi dəvətnamə göndəriləcək.
2. Yüksək yer tutan məqalələrin sahiblərinə məqaləsini ixtisaslı komissiyalara göstərmək və iclasa təhvil vermək üçün dəvət olunacaq.
3. Yüksək yer tutmuş məqalələr kitab, jurnal və beynəlxalq teserlərdə çap oluncaq.
4. Yüksək yer tutan məqalə sahibləri elmi və məzhəbi səyahət turları hədiyyə olunacaq.
5. Digər nəfis və dəyərli hədiyyələr.