Tarix : 2011 Dec 20
Kod 27388

Nardaranlı dindarlar oğurlanıb

Baş vermiş hadisəni Nardaran ağsaqqalı Kərbəlayi Natiq Kərimov da təsdiq edib
well/Aran agentliyi

Baş vermiş hadisəni Nardaran ağsaqqalı Kərbəlayi Natiq Kərimov da təsdiq edib.

 Nardaranlı dindarlar oğurlanıbAzərbaycan Respublikasının paytaxtı Bakının Nardaran qəsəbəsində Bibi Rəhimə ziyarətgahında Hüseyn aşurası mərasiminin əzəmətli keçirilməsinin ardınca, nardaranlı dindarlara qarşı represiya və həbs dalğası güclənib.

Son günlərdə Nardarana qarşı kəskin boğucu atmosferdə bu qəsəbənin ağsaqqallarından Hacı Elçin Hüseynquluyev və Hacı Dilavər Yaxşıbəyov hökumətin təhlükəsizlik məmurları və polis tərəfindən oğurlanıb. Kərbəlayi İmran adlı kənd sakini də həbs olunaraq naməlum istiqamətə aparılıb.

Əldə olunan məlumatlar Nardaranda digər şəxslərin də oğurlandığını ehtimal edir.

Baş vermiş hadisəni Nardaran ağsaqqalı Kərbəlayi Natiq Kərimov da təsdiq edib. Bu xoşagəlməz hərəkətlərin başlamasını məhərrəmlikdən bir qədər öncəyə təsadüf etdiyini bildirən Hacı Natiq Kərimov kənd ağsaqqalları olaraq, dindarların ailələrinin xahişi ilə heç yerə məlumat vermədiyini bildirdi:

Ümüd edirdik ki, bu anlaşılmazlıqdır, tez bir zamanda çözülər. Amma bizim ümüdimizin əksinə olaraq, oğurlananlar barədə şər və böhtanla cinayət işi acıldı və üzərlərinə külli miqdarda narkotik qoyularaq, həbs edildi. Hazırda onlar təcridxanadadırlar.

xeber44

 

  • Yazılıb
  • da (də) 2011 Dec 20