well/Aran agentliyi
Hacı qardaşım, hakimmiyyət yezidliyə imza atdı!
Mən Mübariz Ruhaniler Cəmiyyəti sədri olaraq üzümü hakimməyyət əvəzinə qardaşım doktor Hacı Mövsüm Səmədova tuturam və ona deyirəm ki Allahın salam və salavatı olsun sənə, sənin muqəddəs zindanda mehrabına! Hacıcan, bir il sənin o möhtəşəm çıxışından keçir. Bəziləri sənin çıxışını o vaxt dandılar və sənin Kərbəla tarixi, Yezid Muaviyə dövrünün bu dovrlə muqayisəni tam qəbul edə bilmədilər. Amma bü gün Azərbaycan hakimiyyəti İslam dininin əleyhinə və din xadimlərinin ziddinə qanun imzalamaqla sənin sözlərini təsdiqliyib və Yezid kimi olmaqlarına imza atdılar . Hacıcan sənin başın uca oldu, bir il öncə bunları ifşa rusvay etdin .O zaman ki azan qadaqasına cəhd etdilər, məscidləri dağıtdılar, qızlarımızın hicabına əl apardılar. Bəziləri bu məsələlərin qarşısında susub gözləmə mövqeyi tutdu, sadəlövhcəsinə qadağalara son qoyulacaqını xəyal etdi. Amma sən və sənin kimi agah ruhanilərimiz bu yasaqların qarşısında susmadınız, bu addımları İslam dininin kökunün kəsilməsi üçün atılan addım hesab edib şəhadət arzusuyla öz etirazlarınızı Azərbaycan hakimiyyitinə çatdırdınız. Bu addımları təkcə İslam əleyhinə yox, bəlkə bütün milli-mənəvi dəyərlərimizə qarşı, işğal olan torpaqlarımızın unutdurulması istiqamətində atılan addım hesab etdilir. Hacıcan, hələ də Hacı Abgülün sözü yadımdan çıxmır. Deyirdi: bu gun susanlar və qorxanlar İmam Hüseyn Kərbəlasının heç ətrini də duymayıblar. Hacı, bilirsən bu il məhərrəm necə keçdi? Bu il hakimiyyətin qadağalarına baxmayaraq məhərrəmlik hər ildəkindən möhtəşəm və layiqli keçdi. Çoxlu şəhərlərdə yürüşlər oldu, xanımlarımız Gəncədə dəyənəklərin altında “ya Zəhra” deyib yürüş keçirdilər. Lənkəran, Astarada hər gün yürüşlər bərpa edib Bakının möhtəşəm əzadarlıqlarına dəstək oldular. Növbəti dəfə xalqımız sübut etdi ki, bunları Hüseyndən ayırmaq mümkün olmayıb və olmayacaq. Hacıcan, biz ruhanilər sənin kimi insanlarla fəxr edirik. Bunlar İslamdan necə qorxurlar! Təzyiqləri artırıb yeni qanunlar imzalayırlar. Elə xəyal edirlər ki, susacağiq. Biz susmayacağıq, bu zülmlə barışmayacağıq. Biz saysızıq, onlar bilməlidilər ki, Azərbaycanda İslam yenidən qəbiristanlara qayıtmayacaq. Ona xatir ki, daha Quran dirilərin əlindədir. Şükür olsun Allaha ki, bu gün hər mömin özü bir ruhani qədər Azərbaycanda dini öyrənir və öyrətməyə çalışır. Hacıcan, hicaba olan yasaqlara baxmayaraq hicablı xanımlarımızın da sayı artıb. Hicab qadaqası səbəb oldu ki, hicabla bağlı maarifləndirmə genişlənsin, hicabsız insanlar da hicaba azadlıq tələb etsin . Hacı, sənə ağrılı xəbərlərim də var. Bu hakimiyyət xalqın evlərini erməni kimi sökür, pozğun eurovision müsabiqəsini keçirmək üçün Heydər Əliyev fondu azlıq etdi, xalqdan zornan pul yığırlar. Mənə bir şey maraqlıdır, bunlar nə cürətlə bu xalqın sənin kimi oğulları zindanda olan vaxtda eurovision yarışı keçirmək istəyir? Bu xalqın qəzəbindən qorxmur? Şəhid analarımızın göz yşlarından utanmırlar? Əsir ana və bacılarımızdan həya etmirlər? Telkanallarımızdan nə deyim, pözğunluqdan başqa heç bir şey görmək mümkün deyil. Xalq ayağa qalxıb əxlaqsızlıq yuvalarını sökür, amma bu hakimmiyət yeni mərkəzlər açır.
Hacı, ürəyim doludur. Şeytanpərəstlik, xiristianlığı geniş şəkildə ölkəmizdə təbliğ edib kitablarını yayırlar. Bunlar bir manat da cəzalandırılmır, əksinə dolayı şəkildə yardım da olunur. Amma xalqımıza Allahı tanıtdıran insanlara 5 il həbs nəzərdə tutulur. Bu həyasızlıqlar Yeziddən də görünməyib. Yezid yezidliyi ilə öz sarayında həzrət Zeynəbin (s.ə) hüzuruna 3 gün imam Hüseynə əza saxladı. Amma bü gün Gəncədə imam Hüseyn əzasına çıxanlar 3 il həbs cəzası ilə hədələnir. Hacı, istəmirəm ürəyini çox ağrıdım. Sən də yaxşı bilirsən, öz xeyrini istəyən hakimiyyət bu işlərə al atmaz. Bunlar öz sionist ağalarına söz veriblər ki, həqiqi İslamın kökünü kəssinlər. Amma bunu da bilsinlər, biz də aqamız İmam Zamana (ə) söz vermişik bunların ağalarının əlini Azərbaycandan kəsənə qədər müqavimət və mübarizəyə davam edəcəyik. Hacı, sözümü imam Huseynin bir hədisi ilə yekunlaşdırıram. Bu hədisi özümə örnək götürmüşəm. Hədislərə əsasən, zülmlərin qarşısında süküt edən ruhani Allahın dinindən xaric olur, cəhənnəmdə zalımlarla bir sıraya qatılır.
Tohid İbrahimbəyli