İranın Ətraf Mühit Təşkilatının sədri Azərbaycan Respublikasının Xəzər dənizini ən çox çirkləndirən ölkə olduğunu bildirib
well/Aran agentliyi
İranın Ətraf Mühit Təşkilatının sədri Azərbaycan Respublikasının Xəzər dənizini ən çox çirkləndirən ölkə olduğunu bildirib.
Məhəmməd Cavad Məhəmmədizadə deyib:" Yeni sənədlər hazırlanıbdır ki, ona əsasən Xəzər dənizinin sahilyanı ölkələri müəyyən bir zaman müddətində qurudan Xəzərə çirkləndirici maddələr daxil etməmək haqda öhdəlik götürdülər. İran bu məsələ üçün 5 illik bir müddətin nəzərdə tutulmasını təklif edib. Ümid edirik ki, bütün sahilyanı ölkələr bu təklifi qəbul etsinlər".
İranın Ətraf Mühit Təşkilatının sədri sonra deyib:" Son zamanlar İran İslam Respublikasının neft naziri İranın Xəzər dənizindəki sularında mühüm neft yataqlarının kəşf edilməsini elan etdi. Amma İran Xəzər dənizində neft mənşəli çirkləndirmə hərəkətinə malik deyil və Azərbaycan Respublikası sonra isə Rusiya Xəzər dənizini ən çox çirkləndirən ölkələrdirlər".