Tarix : 2011 Dec 20
Kod 27399

Seyyid Fəramizin nifrini

“Allahdan istəyirəm ki, onun ömrünü uzatsın, ağlını alsın
well/Aran agentliyi

 

Artıq 1 ilə yaxındır ki, saxta ittihamla həbs olunan və məhkəmə qərarı ilə 11 il azadlıqdan məhrum edilən Masallının tanınmış ruhanisi Seyyid Fəramiz Abbasov məhkəmə zamanı etdiyi nifrin öz yerini tapıb.

Seyyid Fəramizin yaxınlarının verdiyi xəbərə görə, bir vaxtlar Xıl kəndində məktəb direktoru olan şəxs Seyyid Fəramiz həbs olunan zaman onun əleyhinə təbliğat aparmış və “yuxarıların” göstərişini canla-başla yerinə yetirirmiş.

Hətta məhkəməyə “müəllim” qismində şahidlərin cəlb edilməsində canfəşanlıq göstərmişdi. Müxtəlif mətbuat orqanlarına hacı haqqında yalan məlumatlar verir onun günahkar olduğunu “sübuta yetirənlərə” ciddi dəstək olurdu. Məhkəmə zamanı Seyyid Fəramiz bu adamın əməllərini biləndə demişdi ki, “Allahdan istəyirəm ki, onun ömrünü uzatsın, ağlını alsın.”

Təhsil Nazirliyinin yaş senzinə görə çıxardığı məktəb direktorlarının siyahısına düşən şəxs indi başına hava gəlib. Bütün günü küçədə sağa-sola qaçaraq “mənim peçatım hanı, peçatımı verin, kağıza qol çəkmişəm peçat vurmalıyam” deyir. P.S. Seyyid Fəramiz məhkəmənin son çıxışında demişdi: “Bu saxta ittihamlarla bizi həbs edənlərin hamısının aqibətini öz gözlərimlə görməsən bu saqqalı və əmməməni saxlamaram...”

İslam-Azeri

 

 

 

 

 

  • Yazılıb
  • da (də) 2011 Dec 20