Daha maraqlısı oldur ki, Qəbələdə RLS inşa edilən zaman ətraf kəndlərdə yaşayan ermənilər kütləvi şəkildə hamısı Rusiya və Ermənistana köçürüldü
well/Aran agentliyi
Daha maraqlısı oldur ki, Qəbələdə RLS inşa edilən zaman ətraf kəndlərdə yaşayan ermənilər kütləvi şəkildə hamısı Rusiya və Ermənistana köçürüldü.
Sovet sonrası Rusiya hakimiyyətinin Azərbaycana vurduğu zərbələr danışmaqla bitməz. Təkcə bir Qəbələ RLS-nin fəsadlarının siyasi, iqtisadi, ən əsası ekoloji təhlükəsi, insan sağlamlığı üçün faciəvi nəticələrini ötən yazımda tamamlamadım. Bu dəfə daha çox problemin məhz bu aspektinə baxacağıq.
Gəlini birinci Latviyanın Skrunda şəhərində Qəbələ RLS-in eynisi olan stansiyanın, ətraf mühitə və insan sağlamlığına vurduğu zərbə ilə bağlı hələ sovet dövründə latışlar tərəfindən aparılan monitorinqin nəticəsinə baxaq.
RLS ətrafındakı yaşayış massivində 9-18 yaş arası 609 uşaq üzərində keçirilən testdə, 224 nəfər birbaşa təsir dairəsində, 385 nəfər isə yaxınlıqda yaşayan birbaşa təsir altına düşməyən uşaqlar iştirak edib. 357 nəfər uşaq isə testdə iştirak üçün ümumiyyətlə kənardan gətirilən uşaqlar olub.
Monitorinq nəticəsində məlum olub ki, kənardan gətirilən 357 uşaqlar bütün göstəricilərə görə (fiziki sağlamlıq, duyğu həssaslığı, informasiyanı qavraması, yaddaşı və s.) 609 həmyaşıdlarını çox çox geridə qoyur. Bəs Azərbaycanda belə bir test aparılıbmı ?
1991-ci ildə Ali Məclisin qərarı və prezident Ayaz Mütəlibovun fərmanı ilə yaradılan dövlət komissiyası Qəbələ RLS-in ətraf mühit və insan sağlamlığı üçün təhlükəni müəyyən etməli idi.
Komissiyanın sədri o zaman Dövlət Təbiəti Mühafizə Komitəsinin sədri vəzifəsində çalışan Arif Mənsurov. Komissiyanın tərkibi çox geniş olmaqla, dövlət məmurları ilə yanaşı həm də kimya, biologiya, fizika, ekologiya baytarlıq və ən əsası müxtəlif profilli çox bir neçə tibb alimlərindən ibarət idi.
Komissiya 6 ay müddətində Oğuz və Qəbələ rayonları olmaqla müqayisəli tədqiqat aparırdı. Tədqiqat nəticəsində müəyyən olub ki, RLS-in istifadəsi ətraf mühitə və insan sağlamlığına vurduğu zərbələr həddən artıq çoxdur. Bu səbəbdən Komissiya Azərbaycan hökumətinə verdiyi təklif iki variantdan ibarət olub.
Ya RLS modernləşdirilməlidir ya da qeyri-şərtsiz bağlanmalıdır. Komissiya tərkibində yer alan alimlərin qənaətinə görə 1984-cü ildən 1991-ci ilə qədər Qəbələ rayonunun və təsir altına düşən ətrafın Oğuz rayonuna nisbətən flora və faunası ciddi dəyişiliklərə məruz qalıb.
Tibb alimlərinin araşdırmalarına görə təsir zonasında müxtəlif növ, müalicəsi mümkün olmayan, ankoloji xəstəliklər, xüsusilə xərçəng xəstəliyi bir neçə dəfə və ya 400 faiz artması baş verir. Bundan başqa uşaq xəstəlikləri, uşaqların fiziki və əqli qüsurla və şikəst doğuşu, ürək qan damar xəstəlikləri, sonsuzluq kimi fəsadlar müşahidələrin nəticəsi olan rəydə qeyd olunmuşdu.
1982-ci ildə Avstryada dünya dövlətlərinin qəbul etdikləri qərara görə freon qazının məişətdə, istehsalatda istifadəsi qadağan edildi. 1984-cü ildə, yəni Qəbələ RLS-in istismara verildiyi ildə, SSRİ də freon qazı ilə bağlı dünya dövlətlərinin qrarına qoşuldu.
Müstəqillik illərində Azərbaycanın da bu sənədə imza atmasına baxmayaraq RLS-də freon qazından bu günə qədər istifadə edilir. Bu qaz RLS-in soyuducu sistemlərinin işləməsi üçün gərəklidir. Ozon qatının deşilməsi və deşiklərinin sahəsinin genişlənməsində RLS-də istifadə olunan Xlordiftormetan (R22) artıq 330 dərəcədə atmosferi toksik maddələrlə zənginləşdirir, hansı ki, RLS-də 900 dərəcəyə qədər qızan qurğuların soyudulması prosesi baş verir.
RLS-də istifadəsini başa vurmuş radioaktiv və zəhərli maddələr qəbul olunmuş qaydalara görə xüsusi Kimyəvi qəbiristanlıqda basdırılmalıdır. Azərbaycan ərazisində rəsmən belə qəbiristanlıqlar yoxdur, Rusiyada var. Heç kim bu maddələrin Rusiyaya aparılması barədə bir söz demir.
Azərbaycan ərazisində basdırılması isə növbəti dəfə ekoloji fəlakəti üçün əsas vermiş olur, insan haqları, Ölkə qanunları və beynəlxalq qanunlar pozulmuş olur. 1970-ci illərin əvvəllərində istismara verilmiş və Moskvada yerləşən Ostankino teleqülləsinin ətraf mühitə vurduğu zərərlə bağlı Rusiya parlamentində qızğın müzakirələr aparılmışdı.
Deputatlar teleqüllənin ətrafa yaydığı elektromaqnit dalğalarının törətdiyi fəsadlar səbəbindən rayondakı binaların xüsusi örtüklərlə üzlənməsi barədə hökumətin qərar qəbul etməsinə nail olmuşlar. Qəbələ RLS isə Azərbaycana feron qazının yaydığı toksik maddələrindən başqa həm radioaktiv dalğalar yayır.
2008-ci ildə, yəni prezident İlham Əliyevin ikinci dəfə prezident seçildiyi ildə, Ekologiya və Təbii sərvətlər nazirliyinin məmuru Mehman Nəbiyev mətbuata verdiyi açıqlamada, RLS-in radiasiya effektini ölçdüyünü, elektromaqnit radiasiyasının sm2 –da 0.2 və 0.4 mikrovatt təşkil etdiyni bəyan edib. Amma elə həmin il Ekologiya və Təbii sərvətlər naziri Hüseynqulu Bağırov mətbuata verdiyi açıqlamada, ümumiyyətlə Azərbaycanda RLS-in radioaktiv dalğalarını ölçmək gücündə olan avadanlıqların olmadığını bildirir.
Nəbiyevin iddia etdiyi və nazirliyin malik olduğu avadanlıqlar isə istehsal şəraitində kiçik həcmli və zəif elektromaqnit dalğaların ölçülməsi üçün nəzərdə tutulur. Bu avadanlıqlar RLS-in radioaktiv dalğalarını ölçmək yararsızdır. Yerli və Avropa ekspertlərinin fikrincə RLS-in fəsadları nəinki ətraf rayonlar ümumiyyətlə bütün Azərbaycan üçün realdır.
Çünki hava elektromaqnit dalğaları ilə yüklənir və bu ötürülən elektromaqnit dalğaları bütün Azərbaycanın regionlarını əhatə edir. Bu dalğalar yüksək sürətlə Filippinə və Mərakeşə qədər ötürülür sonra da geri- stansiyaya qayıdır və informasiya hasil olunur. Fəsadları təkcə Azərbaycan insanları üçün deyil həm də bütün canlılara təsir edir.
Azərbaycanın meyvə və tərəvəzləri RLS qədər olan zamandan keyfiyyətinə görə çox fərqlənir. Onu da qeyd edim ki, 1975-ci ildə SSRİ Hərbi Sənaye Kompleksinin mütəxəssislərinin hesablamalarına görə Qəbələdə olan RLS üçün Ermənistanın coğrafi imkanları daha məqbul idi və elə orada da inşa etmək planlaşdırılırdı. Amma Birinci Katib qismində yenicə hakimiyyətə gəlmiş Karen Dəmirçiyan RLS-in xalqı üçün ciddi fəsadlar yaradacağı səbəbindən rəsmi Moskvaya etiraz etmiş və obyektin Ermənistanda tikilməməsi üçün çalışmışdı.
Nəticədə RLS-in Azərbaycanda tikintisi qərara alındı və Azərbaycanın birinci katibi, Dəmirçiyanın həmkarı, Dəmirçiyan kimi birinci il deyil artıq 6 ildir hakimiyyətdə olan Heydər Əliyev RLS-in Qəbələdə tikintisinin qarşısını almadı. Daha maraqlısı oldur ki, Qəbələdə RLS inşa edilən zaman ətraf kəndlərdə yaşayan ermənilər kütləvi şəkildə hamısı Rusiya və Ermənistana köçürüldü. İndi özünüz fikirləşin RLS-in vurduğu ziyana görə biz kimə minnətdar olmalıyıq ?
Islamtimes