Tarix : 2011 Dec 20
Kod 27419

Məlumatlı mənbə: Əli Həsənov Prezident İlham Əliyevə şikayətləndi

Bir qədər öncə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi kimi Tehranda səfərdə olmuş Prezident Administriyasının siyasi-ictimai şöbəsinin müdiri Əli Həsənov İran İslam Respublikası ...
well/Aran agentliyi

 

 

Bir qədər öncə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi kimi Tehranda səfərdə olmuş Prezident Administriyasının siyasi-ictimai şöbəsinin müdiri Əli Həsənov İran İslam Respublikası teleradio təşkilatının Bakıdakı nümayəndəliyinin müdiri Əhməd Kazıminin Azərbaycan Respublikasına qayıtmasını əngəlləyən maneələrin aradan qaldırılmamasından ölkə Prezidentinə şikayətlənib.

Azərbaycan Respublikası Prezident Administriyasında məlumatlı mənbənin bildirdiyinə əsasən, Əli Həsənov Prezident İlham Əliyevə şikayətlənib ki, Əhməd Kaziminin Bakıya girişinə mane olan hökumət məmurları, Əli Həsənovun Tehranda gördüyü işləri korlamaq niyyətində olublar.

Məlumatlı məbənin bildirdiyinə görə, Əli Həsənovun qənaətincə, artıq məlum olub ki, İran teleradio təşkilatının Bakı şöbəsinin müdirinin Bakıya qayıtmasına maneə əslində Tehranda əldə olunmuş razılığı pozmaq və Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında yaranacaq əməkdaşlığı əngəlləmək məqsədi ilə törədilib. Çünki, hər bir xarici dövlət məmurunun girişinə mane olan texniki məsələnin həlli bir iki gün ərzində çözülməsi adı hal sayıla bilərdi. Lakin, rəsmi Bakı ilə rəsmi Tehran arasında media sahəsində əməkdaşlığın yaranması məqsədi ilə yaradılacaq müştərək komitənin İranlı üzvünün Bakıya girişinə mane olmaq bu razılaşmanı hələ icra olunmamış pozmaq mənasını daşıyıb və Azərbaycan Respublikasının imicinə böyük ziyan vurub.

Prezidentə şikayətlənən Əli Həsənov onuda bildirib ki, hökumət daxili çəkişmələr nəticəsində İran ilə əlaqələrin soyuqluğuna gətirib çıxaran əməllər Azərbaycan Respublikasının milli maraqlarına xidmət etmir.

Qeyd etmək lazımdir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsünün Əhməd Kaziminin Bakıya girişinə mane olmağın səbəbini texniki məsələ adlandırsada məsələdən on gündən artıq keçsədə rəsmi Bakı bunun həllinə müəffəq olmayıb.

Digər tərəfdən İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Rəsmi Bakının bu hərəkəıtindən təəccübləndiyini və Azərbaycan Respublikası hökumətinin buna düzəliş verməsinin vacibliyini vurğulayıb.

  • Yazılıb
  • da (də) 2011 Dec 20