Tarix : 2011 Dec 20
Kod 27420

Nardaran Ağsaqqallar Şurasının sədri yayımlanmış məlumatlara aydınlıq gətirib

Azərbaycan Respublikasının Nardaran qəsəbəsində 2 dindarın həbsi ciddi narazılıqlar doğurmuşdu
well/Aran agentliyi

 

Azərbaycan Respublikasının Nardaran qəsəbəsində 2 dindarın həbsi ciddi narazılıqlar doğurmuşdu. Bununla əlaqədar Yeni Müsavat qəzeti Nardaran Ağsaqqallar Şurasının sədri Məşhədi Natiq Kərimovun adından Nardaranda bu günlərdə aksiyaların başlanacağından xəbər vermişdi.

Nardaran Ağsaqqallar Şurasının sədri Məşhədi Natiq Kərimov məsələyə aydınlıq gətirib: Yeni Müsavat məsələləri qarışdırıb. Hələ Nardaran Ağsaqqallar Şurası aksiya barəsində yekdil fikrə gəlməyib. Buna görə də vəziyyətin barıt boxçası, barıt çəlləyinə oxşamağı haqqında mən fikir bildirmişəm. Mediaforum-a da fikir bildirmişəm. Digər yerlərdə də mənimlə əlaqə saxladıqda söyləmişəm. Nardaranda camaat böyük təşviş içindədir. Ani vahiddə hər şey dəyişə bilər. Mən istərdim ki, yuxarı dairələr başa düşsünlər. Bu cür insan oğurluğu ilə, insanların evdən gəlib aparılması ilə, sonra onların üzərinə şər-böhtanın atılması ilə, islamçıların və müsəlmanların üzərinə şər və böhtanın atılması ilə, heroin və narkotik maddələrin qoyulması yolverilməz haldır. Bu, həm dövlətçiliyimizə ziyan gətirəcək, həm də Azərbaycanda qarşıdurmanın Nardarandan başlanmasına gətirib çıxaracaq. Biz şəxsən Azərbaycanda islahatların tərəfdarıyıq. Azərbaycanda islahatlar olsun, yuxarıdan islahatlar getsin, pakiz vəziyyətdə getsin. Ölkədə qanun işləməlidir. Nəinki hansısa məmurun yaxud prezident aparatının yaxuddakı padşahın qanunları işləməməlidir. Qanun olmalıdır şah.

 Səhər TV

  • Yazılıb
  • da (də) 2011 Dec 20