Tarix : 2011 Dec 20
Kod 27421

Azərbaycan demokratikləşdirməsində islamçiların rolu

AXCP sədri, hökumətə müxalif İctimai Palatanın Koordinasiya Şurasının üzvü Əli Kərimli Azərbaycan Respublikasını ...
well/Aran agentliyi

 

 

AXCP sədri, hökumətə müxalif İctimai Palatanın Koordinasiya Şurasının üzvü Əli Kərimli Azərbaycan Respublikasını demokratikləşdirmək üçün bütün qüvvələrin, o cümlədən islamçi siyasi qüvvələrin konsensusa gəlməsinin vacibliyini vurğulayıb.

Əli Kərimli Mediaforum saytına müsahibəsində "İnqilab olmuş ərəb ölkələrində dini idarəçilik qurulması ehtimalı necə, böyükdürmü?" deyib : "Mən bu ölkələrin demokratikləşəcəyini düşünürəm. Bütün Qərb politoloqları deyirdilər ki, birinci Tunisə fikir vermək lazımdır, çünki bu ölkə ərəb dünyasının alışqanı oldu. Hardasa Tunis bütün proseslərdə estafeti əlində saxlayıb. Bu gün Tunis ərəb dünyası üçün müəyyənedici faktora çevrilib."

Əli Kərimli Azərbaycan Respublikasının vəziyyəıtini də belə şərh edib : " Məncə, Azərbaycan cəmiyyətini bir az çaşdırıblar. Uzun illər bizdə hakimiyyətdə olan qüvvəyə iqtidar, ona qarşı olan qüvvələrə müxalifət deyiblər. Amma nə onlar əməlli iqtidardırlar, nə də biz normal qaydada müxalifət ola bilirik. Çünki ölkədə seçki prosesi yoxdur. Hakimiyyətdəkilər iqtidar olmaq statusunu haradan alıblar? Bizim müxalifətdə hansı fəaliyyət imkanları var? Biz əslində dissident qrupları kimi fəaliyyət göstəririk. Azərbaycan xalqının bir hissəsini çaşdırıblar ki, guya burda demokratiya var. "

"İctimai Palatanın sonuncu sessiyasında yazıçı-publisist Rafiq Tağının xatirəsinin yad edilməsi məsələsi ciddi mübahisələrə səbəb oldu. İctimai Palatanın Koordinasiya Şurasının üzvü, qurumda dini kəsimi təmsil edən Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu qətlə yetirilən yazıçının xatirəsinin yad olunmasına imkan vermədi. Bunu dini qüvvələrin artıq İctimai Palataya da ciddi təsir göstərməsinin göstəricisi saymaq olarmı?" sualına Əli Kərimli belə cavab verib : "Hacı İlqar İbrahimoğlu vətəndaş cəmiyyətinin kifayət qədər tanınmış, mütərəqqi fikirli nümayəndəsidir. İctimai Paltanın sonuncu sessiyasında bununla bağlı yanlış yanaşmalar oldu. Bəziləri bilə-bilə, bəziləri bilməyərəkdən məsələləri qarışdırdılar. Prinsipal olaraq Rafiq Tağının xatirəsini yad etməmək kimi bir mövqe heç kimdə olmayıb. Sadəcə bir çoxları hesab etdi ki, hər iclasda bunu etmək lazım deyil. Azərbaycan cəmiyyətində dindar kəsimlə, islamçı siyasi qüvvələrlə milli-demokratk düşərgə arasında münasibətləri gərginləşdirmək, qarşıdurma səviyyəsinədək artırmaq heç kimin, xüsusən də özünü liberal hesab edən adamların marağında deyil. Açıq demək lazımdır ki, bu yalnız dəyişikliklərin ölkəyə gec gəlməsini istəyənlərin marağına uyğundur. Azərbaycanda dəyişikliklər olmasını istəyən hər kəs cəmiyyətdə konsensus əldə olunmasına çalışmalıdır, bunda maraqlı olmalıdır."

  • Yazılıb
  • da (də) 2011 Dec 20