Tarix : 2011 Dec 20
Kod 27426

Bakı dövlətinin Naxçıvan MR-nda hərbi hərəkatları

Son vaxtlar təyyarə vasitəsilə İsraildən Naxçıvan MR-na bir neçə tank gətirilib
well/Aran agentliyi

Son vaxtlar təyyarə vasitəsilə İsraildən Naxçıvan MR-na bir neçə tank gətirilib

"Arannews"in məlumatına əsasən, Azərbaycan Respublikası hazırda sionistlərdən alınmış hərbi avadanlıqları Naxçıvan MR-na gətirməkdədir. Son vaxtlar təyyarə vasitəsilə Naxçıvan Hava Limanına bir neçə İsrail tankı gətirilib. Bu tankları təyyarədən endirərkən aeroportun iki işçisi onları görür və öz mobil telefonları ilə video çəkilişi aparırlar. Onların işindən duyuq düşən hava limanının təhlükəsizlik qüvvələri hər ikisini həbs edir.

Verilən məlumata əsasən, həbs olunmuş işçilərdən biri ona verilən işgəncələr nəticəsində ölübdür. O birisi isə hələ də həbsxanada saxlanır.  Əlbəttə, hələ onun qohum və yaxınlarından heç biri onunla görüşə bilməyib və yeri də məlum deyil.

Naxçıvan MR-nın təhlükəsizlik sferması keçən aylar ərzində daha da intensivləşdirilib.

  • Yazılıb
  • da (də) 2011 Dec 20