Tarix : 2011 Dec 21
Kod 27437

Azərbaycan Fransaya xəbərdarlıq etdi

Azərbaycan Respublikası Milli Məclisinin birinci vitse-spikeri ''erməni soyqırımı''nın parlamentdə müzakirəsini Fransa demokratiyasına təhqir hesab edir
well/Aran agentliyi

 

Azərbaycan Respublikası Milli Məclisinin birinci vitse-spikeri "erməni soyqırımı"nın parlamentdə müzakirəsini Fransa demokratiyasına təhqir hesab edir

"Qondarma "erməni soyqırımı" iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanunun parlamentin gündəliyinə daxil edilməsi və müzakirə olunması Fransa demokratiyasına təhqirdir". Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan RespublikASI Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Əsgərov qeyd edib ki, hər insanın öz düşüncə tərzi və düşüncə azadlığı var.

Onun sözlərinə görə, Fransa parlamentinin belə bir məsələni müzakirə etməsi absurddur.

"Bu addım Türkiyə ilə Fransa arasında münasibətlər baxımından yaxşı heç bir şey vəd etmir. Çünki, bu, Türkiyəyə təzyiqdir. Ermənilərin bədbəxtliyi ondadır ki, bu cür məsələlərdə onlardan istifadə edirlər. Onlar özləri də belə vəziyyətlərdən çıxa bilmirlər, çünki mahiyyət etibarilə bu cür millətdirlər. Belə bir situasiyadan istifadə edib Türkiyəyə təzyiq göstərmək heç bir əxlaqa və heç bir beynəlxalq normaya sığmır", - Əsgərov deyib.

Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.

Yeni qanun layihəsi UMP-nin 40 deputatı və Yeni Mərkəz Partiyası tərəfindən imzalanıb və qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilə qədər azadlıqdan məhrum etmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Faktxeber

 

 

 

  • Yazılıb
  • da (də) 2011 Dec 21