well/Aran agentliyi
İnna lillah və inna iləyhi raciun!
“)İmanlı və təqvalı) Alimlər ölmürlər. Onlar dünya durduqca yaşayırlar!”
Əziz və hörmətli ruhani qardaşımız Höccətül-İslam Seyyid Həsən Həsənzadənin ölümü bizləri çox kədərləndirdi. Ən azı ona görə ki, belə imanlı, mübariz və həmişə səhnədə olan qorxmaz alimlərə həmişə cəmiyyətin ehtiyacı vardır.
Ölkəmizdə son illərdə iqtidarın İslam dini ilə müharibə meydanında, o cümlədən Hicab və Hicab Məhbuslarının hüquqlarının qorunmasında var qüvvəsi ilə hazır olan və İslamın zəruriyyətini öz canı, malı və elmi ilə hər an qoruyan belə bir İslam aliminin ölümünü onun ailəsinə, yaxın dostlarına baş sağlığı verir, Allah-Taaladan bu şücaətli və təqvalı alim qardaşımızın İslam Peyğəmbəri (s), Onun Əhli-Beyti (ə) və Kərbəla şəhidlərinə qovuşmasını arzu edirik!
Hicab və Hicab Qadağası Məhbuslarını
MÜDAFİƏ KOMİTƏSİ
Hicab.org