İran İslam Respublikası İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri Azərbaycan Respublikasının anti-İran hərəkətləri ilə ciddi rəftarın edilməsini istəyiblər
well/Aran agentliyi
İran İslam Respublikası İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri Azərbaycan Respublikasının anti-İran hərəkətləri ilə ciddi rəftarın edilməsini istəyiblər.
İnformasiya dairələrinin məlumatlarına görə, çərşənbə axşamı İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri, İranın xarici işlər naziri Əli Əkbər Salehinin iştirakı ilə keçirilən iclasda, İranın Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının anti-İran hərəkətləri o cümlədən İranın Radio və Televiziya Təşkilatının Bakı ofisinin müdiri Əhməd Kaziminin Azərbaycana girişi üzrə maneələrin törədilməsi qarşısında gördüyü tədbirlər haqda suallar açıqlayıblar.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri həmçinin, Xarici İşlər Nazirliyinin Bakının anti-İran və anti-İslam hərəkətləri qarşısında qətiyyətli addımlar atmasını istəyiblər.
Millət Evi Xəbər Agentliyinin məlumatına görə, bu görüşdə həmçinin regional və beynəlxalq məsələlər də diqqət mərkəzində saxlanılıb. Komissiya sədri Əlaəddin Brucerdi həmçinin, xarici diplomatiya idarəsini parlamentin diplomatiya imkanlarından faydalanmağa çağırıb və deyib: İslam Şurası Məclisi quruluşun xarici siyasət sahəsindəki məqsədlərinə nail olmaq üzrə geniş potensiallara malikdir ki, bu imkanlardan geniş formada istifadə edilməlidir.
Ötən həftə İranın Xarici İşlər Nazirliyinin sözçüsü də öz həftəlik mətbuat konfransında Azərbaycan Respublikasının İranın media nümayəndəsinin Bakıya daxil olmasına maneçilik törətməsindən təəccübləndiyini deyərək, ümidvarlıq etmişdi ki, Azərbaycan Respublikası hökuməti tezliklə bu hərəkətinə düzəliş edəcək.
Urmiyə əhalisinin İran Parlamentindəki nümayəndəsi höccətülislam Seyid Salman Zakir də Bakının bu qeyri-diplomatik hərəkətini tənqid edərək, İran hökumətinin qarşılıqlı addımlar atmasını və Azərbaycanın İrandakı media nümayəndələrini o cümlədən Sabir Şahtaxtını ölkədən çıxartmasını istəmişdi.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəsinin Tehranda İranın Radio və Televiziya Təşkilatının rəsmiləri ilə media əməkdaşlıqlarının genişləndirilməsi istiqamətində müştərək bir komissiyanın təşkil edilməsi haqda razılığa gəlməsindən 4 gün sonra İranın media nümayəndəsi Əhməd Kaziminın Bakıya girişi müqabilində maneələr yaradıldı.