Tarix : 2011 Dec 21
Kod 27447

Brayza getməli oldu

Son məlumata görə ABŞ senatorları Matyu Brayzanın Azərbaycan respublikasında ABŞ səfiri vəzifəsində qalıb işləməsinə səs verməyib
well/Aran agentliyi

 

Son məlumata görə ABŞ senatorları Matyu Brayzanın Azərbaycan respublikasında ABŞ səfiri vəzifəsində qalıb işləməsinə səs verməyib.

Amerikanın Azadlıq radiosunun verdiyi xəbərə görə xeyli müddətdir ciddi müzakirə mövzusu olan Matyo Brayzanın ABŞ səfiri kimi ölkəmizdə fəaliyyət göstərməsi ilə bağlı diskussiyaların başa çatdığını söyləmək olar.

Belə ki, dünən qış tətilinə çıxmağa hazırlaşan ABŞ senatorları Metyu Brayzanın Azərbaycanda ABŞ səfiri vəzifəsində qalıb işləməsinə səs verməyiblər.

Xatırladaq ki, ötən ilin əvvəllərində ABŞ prezidenti Barak Obama Senatın təsdiqinə ehtiyac duymadan M.Brayzanı Azərbaycan respublikasına səfir təyin etmişdi. Yalnız bir dəfə bu proseduradan yararlanmaq imkanı olan Obamanın təkidlərinə baxmayaraq, senat Brayzanın vəzifəsini təsdiqləməyib.

  • Yazılıb
  • da (də) 2011 Dec 21