Tarix : 2011 Dec 21
Kod 27450

Masallıda aclıq aksiyası davam edir

Masallı Ziyalıları İctimai Birliyinin üzvləri srağagün başladıqları aclıq aksiyasını davam etdirirlər
well/Aran agentliyi

 

Masallı Ziyalıları İctimai Birliyinin üzvləri srağagün başladıqları aclıq aksiyasını davam etdirirlər. Rayonun icra başçısı Qəzənfər Ağayevin əməllərindən təngə gələn rayon sakinlərinin aclıq aksiyasının miqyası dünən genişlənib.

Ziyalılar Birliyinin sədri Məmmədağa Zeynalovun verdiyi məlumata görə, aksiyaya daha 15 nəfər qoşulub. Hazırda rayonun 7-8 kəndində 30-dan çox sakin aksiya keçirir və onların sayının artacağı gözlənilir. Rayonun hüquq-mühafizə orqanları aksiyanın qarşısını almaq üçün iştirakçılara, eləcə də Ziyalılar Birliyinin rəhbərliyinə təzyiqə başlayıb.

Aksiyanın keçirilməsinə səbəb rayonda məmur özbaşınalığının bütün hədləri aşması, və ölkənin mərkəzi rəsmi qurumlarının laqeyd yanaşmasıdır.

  • Yazılıb
  • da (də) 2011 Dec 21