Tarix : 2011 Dec 21
Kod 27451

Evləri söküləcək ailələr Bakıda aksiya keçiriblər

Dünən Xətai rayonu, NZS qəsəbəsi, İlham Məmmədov küçəsinin sakinləri bu ərazidən keçən magistral yolu bağlayaraq izdihamlı aksiya keçiriblər
well/Aran agentliyi

 

Dünən Xətai rayonu, NZS qəsəbəsi, İlham Məmmədov küçəsinin sakinləri bu ərazidən keçən magistral yolu bağlayaraq izdihamlı aksiya keçiriblər.

Sakinlərin kütləvi şəkildə küçələrə tökülməsinə səbəb onların evlərinin Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən söküləcəyi ilə bağlı bildiriş almaları olub.

Aksiya başlayan kimi 168 ailənin üzvləri qəsəbənin ərazisindən keçən magistral yolu bağlamağa cəhd göstərdilər.

Sakinlər aksiyanın sonunda qeyd ediblər ki, növbəti günlərin birində Prezident Administrasiyasının qarşısında daha bir izdihamlı aksiya keçirəcəklər.

  • Yazılıb
  • da (də) 2011 Dec 21