Tarix : 2011 Dec 22
Kod 27463

Erməni soyqırımını inkar edənlər cəzalandırılacaq

Fransanın milli məclisi 1915-ci milad ilində Osmanlı türkləri tərəfindən ermənilərin qırğın edilməsini inkar edənlərin cəzalandırılması haqda qətnamənin ilkin mətnini təsdiq edib
well/Aran agentliyi

 

 

Fransanın milli məclisi 1915-ci milad ilində Osmanlı türkləri tərəfindən ermənilərin qırğın edilməsini inkar edənlərin cəzalandırılması haqda qətnamənin ilkin mətnini təsdiq edib.

İran tələbələri xəbər agentliyi İSNA-nin bugün çərşənbə günü (21 dekabr) verdiyi məlumata əsasən, Fransanın milli məclisi ermənilərin qırğın edilməsini inkar edənlərin cəzalandırılması qətnaməsinin ilkin mətnini 106 lehinə və 19 əleyhinə səslə təsdiq edib.

Bu qətnamənin sabah Fransa senatında araşdırılması qərara alınıb.

Bu məlumata əsasən, bu haqda qanun layihəsinin Fransa senatında təsdiq edilməsi sonra isə prezident tərəfindən imzalanmasından sonra Fransada ermənilərin genosidini şübhə altına alan bütün şəxslər bir il həbs cəzasına və 45 min Avroluq nağd pul cəriməsinə məhkum edəcəklər. Belə bir halda Türkiyə dövləti belə bir qanun layihəsinin Fransada qəbul edilməsinə qarşı kəskin müxalifətini bildirmək bu haqda Fransa rəsmilərinə xəbərdarlıq edib. Türkiyə dövləti beynəlxalq təzyiqlərə rəğmən ermənilərin genosidini qəbul etmir.

 

  • Yazılıb
  • da (də) 2011 Dec 22