Tarix : 2011 Dec 22
Kod 27468

Hicab məhbusları azad edilmədi

İndiyə qədər 13 nəfər haqqında birinci instansiya məhkəməsinin hökmü oxunub
well/Aran agentliyi

 

Bakı Apelyasiya Məhkəməsi “Hicaba azadlıq” aksiyasına görə həbs olunanlardan Nurani Məmmədov, Araz İsmayılov və Rüfət Miriyevə Nərimanov Rayon Məhkəməsinin oktyabrın 7-də çıxardığı hökmü qüvvədə saxlayıb. Apelyasiya şikayətinə hakim Əmir Bayramovun sədrlik etdiyi hakimlər heyəti baxıb.

Nərimanov Rayon Məhkəməsi Araz İsmayılovu 2 il 6 ay, Nurani Məmmədov və Rüfət Miriyevin hər biri 2 il müddətinə azadlıqdan məhrum edib.

Mayın 6-da Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilən aksiyaya görə 15 nəfər cinayət məsuliyyətinə alınaraq həbs edilmişdi. Hüquq mühafizə orqanlarının məlumatına görə, aksiya iştirakçıları 4 şəxsi avtomobilə, bir neçə ictimai-iaşə və ticarət obyektinə ziyan vurublar, 26 polis əməkdaşı xəsarət alıb.

İndiyə qədər 13 nəfər haqqında birinci instansiya məhkəməsinin hökmü oxunub.

Vəkil Anar Qasımlı qeyd edib ki, Ali Məhkəməyə kasasiya şikayəti hazırlamaq üçün Araz İsmayılovun qohumları onunla yeni müqavilə bağlayıb: “Dekabrın 22-də Bakı İstintaq Təcridxanasında saxlanılan Araz İsmayılovla görüşdüm. Kasasiya şikayətinin müəyyən elementlərini müzakirə etdik”.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2011 Dec 22