Tarix : 2011 Dec 22
Kod 27471

Yoxsulluq bəlası

Azərbaycanda elə rayonlar var ki, rəsmi məlumatlara görə əmək qabiliyyətli gənclərin 85 faizi işsizdir
well/Aran agentliyi

Azərbaycanda elə rayonlar var ki, rəsmi məlumatlara görə əmək qabiliyyətli gənclərin 85 faizi işsizdir.

Yoxsulluq bəlasıislamtimes.org/az/ - Azərbaycanda yoxsulluq mövzusu qlobal, kəskin və aktual olduğundan bu mövzudan növbəti yazımda da bəhs eilməsi üçün əsas sayıla bilər. Hakimiyyət əhalinin yoxsul təbəqəsinin 9 faiz civarında olduğunu iddia etsə də ekspertlər bu rəqəmlə razılaşmır.

Onların riyazi məntiqlə hesablamaları başq şeydən xəbər verir. Statistika Komitəsinin açıqlamasına görə əhalinin ən yoxsul 20 faizinin adambaşına düşən aylıq gəliri, 2011-ci ilin əvvəlinə görə cəmi 91,8 manat olub. Yaşayış minimumu 2011-ci il üçün 98 manatdır.

Ən azı rəsmi məlumatlara görə əhalinin 20 faizinin yoxsulluq həddindən aşağı həddə yaşamasını iddia etmək olar. 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı qəbul edilib və əsas doqquz strateji məqsədi müəyyənləşdirilmişdir :

1. makroiqtisadi sabitliyi saxlamaqla və qeyri-neft sektorunu tarazlı inkişaf etdirməklə davamlı iqtisadi artımın təmin edilməsi;

2. əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yoxsul əhalinin sayının əhəmiyyətli dərəcədə azalmasına nail olunması;

3.səmərəli sosial müdafiə sistemini inkişaf etdirməklə yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması;

 

4. qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin sistemli şəkildə davam etdirilməsi;

5. təhsil və səhiyyə sahəsində əsas xidmətlərin keyfiyyətinin yüksəldilməsi və onları əldə etmək üçün bərabər imkanların yaradılması;

6. sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi;

7.ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin davamlı idarə olunmasının təmin edilməsi;

8. gender bərabərliyinin dəstəklənməsi;

9. institusional islahatların davam etdirilməsi və dövlət idarəetməsinin təkmilləşdirilməsi.

Proqramın hədəflər bölümündə qeyd olunub ki, 2010-cu ilə qədər ünvanlı sosial yardım alan insanların ünvanlı sosial yardımı hesablanarkən əsas götürülən ehtiyac meyarı yaşayış minimumuna uyğunlaşdırılmalıdır, 2011-ci ildə isə minimum əmək haqqı yaşayış minimumuna uyğunlaşdırılmalıdır. Amma uyğunlaşdırılmadı və növbəti üç il üçün yaşayış minimumunun və minimum əmək haqqının rəsmi proqnozlarına nəzər saldıqda hədəflərdə qeyd olunan uyğunluğun 2012-ci ildə də olmayacağını görürük.

Hökumət bir tərəfdən yaşayış minimumu (dünya ölkələrində buna min. Istehlak səbəti də deyirlər) müəyyən edir (min. Istehlak səbəti insanın bir ay ərzində acından ölməməsi üçün tələb olunan pul vəsaitidir ki, Azərbaycanda hakimiyyət hətta bunu belə doğru dürüst müəyyən etməyib. Bu həddlə istənilən halda insan acından ölə bilər necə ki, hər gün acından ölən tənha və kimsəsizlər ölür), digər tərəfdən isə Prezident sərəncamı ilə minimum əmək haqqını min. Istehlak səbətindən aşağı müəyyən edir. Yəni minimum əmək haqqı 85 manat olanda min. Istehlak səbəti 98 manat, minimum əmək haqqı 93,5 manat olduqda yaşayış minimumu 108 manat müəyyən edilir.

2009-cu il Konstitusiyaya edilən dəyişiklikdən sonra Azərbaycan dövləti sosial dövlət modelini ən azı Konstitutsiya səviyyəsində bəyan etmiş oldu. Çünki 12-ci maddənin (Dövlətin ali məqsədi) 1-ci bəndində qeyd edilir : “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir”.

Sosial dövlətdə isə yaşayış minimumu qədər minmum əmək haqqı verilməsi mütləqdir və dünyada Azərbaycandan başqa minimum əmək haqqının yaşayış minimumundan aşağı olduğu dövlət yoxdur.

Yoxsulluq bir göstərici kimi ABŞ-da, Yaponiyada və başqa inkişaf etmiş ölkələrdə də ola bilər, məsələ burasında deyil ki, orda yoxsulluq yoxdur bizdə var. Problem ondadır ki, qeyd etdiyim ölkələrdə müəyyən edilən yoxsulluq həddi bizim dəbdəbəli komfort yaşayış tərzimizdən daha artıqdır.

Bəla isə burasındadır ki, Azərbaycanın potensialı ən azı qeyd etdiyim ölkələrdəki sosial rifah səviyyəsinə nail olmaq üçün tam yetərlidir amma günümüzə baxanda ilin 365 günü adamın ağlamağı tutur.

Yoxsulluq və istehlak bazarının qiymətləri kontekstinə nəzər saldıqda vətəndaşların digər sahələrdə olduğu kimi burda da konstitusion hüquqlarının pozulmasını görürük. Məlum olduğu kimi yoxsul insanlar aylıq gəlirlərinin 2/3 hissəsindən artığını ərzaq təlabatının ödənilməsi üçün xərcləyirlər. Çünki infilyasiya bəlası yoxsul kəsimin dərdinə dərd qatır.

Ekspertlərin fikrincə Azərbaycan iqtisadiyyatının 3 qlobal problemi var :

 

1. Korrupsiya

2. İnhisarçılıq

3. Mülkiyyət hüquqlarının pozulması.

Bu üç problemin hər biri yoxsulluq yradan problemdir. Yəni dövlətdə mövcud olan kəskin xəstəlik cəmiyyətdə yoxsul kimi fəsadlar meydana gətrir. Azərbaycanda elə rayonlar var ki, rəsmi məlumatlara görə əmək qabiliyyətli gənclərin 85 faizi işsizdir.

Hakimiyyət bəyan edib ki, yoxsulluqla mübarizədə əsas resept kimi məşğulluq probleminin həllini qəbul edir, yəni işsizlik problemin həll etməklə yoxsulluğu aradan qaldıracaq, tez tez qırmızı lent kəsən prezident Əliyev 600 min (müstəqil hesablamalara görə bu rəqəm ən azı 50 min dəfə şişirdilib) iş yeri açdığını bəyan edir. Bir qədər əvvəl qeyd etdiyim 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramında isə həmin hökumət yazır : “Yoxsulluğun monitorinqinin nəticələrindən məlum olur ki, az maaşlı və az məhsuldar iş yerlərinin çoxluğu yoxsulluq riskini azaltmağa imkan vermir”.

Islamtimes - Julian Assange

 

 

 

  • Yazılıb
  • da (də) 2011 Dec 22