Tarix : 2011 Dec 24
Kod 27490

Azərbaycan Respublikasında dindar məhbusun sayı 32 çatıb

Dekabrın 23-də Hicaba məhbusları ilahiyyatçı Taleh Bağırovu və Elşən Abbasova hökm çıxarmaqla , Azərbaycan Respublikasında dindar məhbusun sayı 32 çatıb
عادلی/Aran agentliyi

 

 

Dekabrın 23-də Hicaba məhbusları ilahiyyatçı Taleh Bağırovu və Elşən Abbasova hökm çıxarmaqla , Azərbaycan Respublikasında dindar məhbusun sayı 32 çatıb. Müslman ölkə adlanan Azərbaycan Respublikası Ruhani və dini fəalların zindanına çevrilib.

2011 ci ildə dindar kəsimdən həbsə məhkum olanların siyahisi belədir:

ruhani Azər Cəbiyev - 2 il 6 ay;

ruhani Fəxri İlyasov - 3 il 6 ay;

ilahiyyatçı Həsən Məmmədov - 3 il 6 ay;

ruhani İlqar Musayev - 3 il;

Azərbaycan İslam Partiyasının (AİP) lideri Möhsün Səmədov - 12 il;

AİP Astara rayon təşkilatının sədri Ruhulla Axundzadə - 11 il 6 ay;

AİP sədrinin müavini Vaqif Abdullayev - 11 il;

Ruhani Fəramiz Abbasov - 11 il;

Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev - 10 il;

Mövsüm Səmədovun əmisi oğlu Dəyanət Səmədov - 10 il;

hicab məhbusu Araz İsmayılov - 2 il 6 ay;

hicab məhbusu Nurani Məmmədov - 2 il;

hicab məhbusu Rüfət Miriyev - 2 il;

hicab məhbusu Mais Abdullayev - 1 il 6 ay;

hicab məhbusu Rəşad Vəliquliyev - 1 il 6 ay;

hicab məhbusu Tərlan İsmayılov - 1 il 6 ay;

hicab məhbusu Toğrul İsgəndərov - 3 il;

hicab məhbusu Məmməd Əsgərov - 3 il;

hicab məhbusu Taleh Ələkbərov - 1 il 6 ay;

hicab məhbusu Çingiz Novruzov - 1 il 6 ay.

MTN-nin təcridaxanasında saxlanılan Abgül Süleymanov, Arif Qəniyev və Ramin Bayramovun taleyi qaranlıqdır.

Abgül Süleymanov və jurnalist Ramin Bayramovun qayınatası Bülbülə Ağsaqqallar Şurasının üzvü Hacı Möhsün Novruzov 2 il.

2012 ci ilin ərəfəsində dindarların həbsi yeni format alıb; belə ki dindarları MTN məmurlari evlərindən oğurlayıb aparırlar. Son günlər Hacı Elçini Nardarandan və Hacı Dilavəri Maştağadan aparıbılar.

 

2011 ci ildə dini kəsimin həbsi bu il yanvarın 2-də AİP Baş Məclisində partiya lideri Möhsün Səmədovun çıxışından sonra başlayıb. Həmin çıxışında Möhsüm Səmədov məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və Azərbaycan xalqını "ayağa qalxmağa, zalım rejimə son qoymağa" çağırıb.

 

2010 cü ildə dindarların həbsi ilə yadda qaldı. Dindar Hac əli hüseynov Nardaran qəsəbəsində dini şuarlar yazmağa görə 2 il 6 ay azadlıqdan məhrum edildi.

 

Həmçinin 2010 cü ildə Elçin Abbasov və Seynur Hüseynova 4 il, Elmar Səmədov, Ağəli Yəhyayev və Bilal Əhmədova isə 4 il 6 ay həbs cəzası verilib. Bu beş dindar 2010-cu il fevralın 13-də Məhəmməd Peyğəmbərin (s) vəfatı ilə əlaqədar "Hacı Sultanəli" məscidində əzadarlıq keçirəndən sonra Xocalı fəciəsinin ildönümü ərəfəsində Şəhidlər Xiyabanını ziyarət etmək istərkən polis zorakılığı ilə üzləşərək, sonradan Yasamal Rayon Məhkəməsinin qərarıilə ümumilikdə 21 il yarım müddətinə azadlıqdan məhrub ediliblər.

2012 ci ilə yaxınlaşdığda dindarlara və ümumiyyətlə dinə qarşı təzyiqlər yüksək həddə çatıb. Bu vəziyət ərəb ölkələrindəki inqilab fırtınaları öncəsini xatırlayır.

  • Yazılıb
  • da (də) 2011 Dec 24