Tarix : 2011 Dec 24
Kod 27494

Modern qışqırtılar

Dekabrın 21-də hakim Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Bakıda “Adamları necə yemək lazımdır konfransı
ali/aran agentliyi

Dekabrın 21-dəhakim Yeni Azərbaycan Partiyasının təşkilatçılığı iləBakıda “Adamları necəyemək lazımdır: hannibalizmin milli mətbəximizdərolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda giriş sözü iləçıxış edən YAP sədrinin müavini, partiyanın icraçı katibi Əli Əhmədov demişdir ki, ölkəmizdəadamları bişirib vəçiy yemənin bir çox üsulları vardır, tarixi köklərədayanır vəbu gün dəxaricdən çoxlu qonaqlar axışıb gəlirlər, məmnuniyyətlərejimin camaatı yeməyinəbaxıb çəpik çalırlar. Bunu konfransın xarici qonaqlarından latviyalı Valdis Zatlers təsdiq eləmiş, sonra hamı bir yerdəsevinmiş, tonqal ətrafında milli rəqsimiz Yallını oynamışlar. Əlbəttə, bunlar zarafat idi, YAP heç vaxt beləmövzuda konfrans qayırmaz. Həmin gün Bakıda keçirilən tədbirin adı isəbeləidi: “Modernləşməsiyasəti: yeni iqtisadi vəsosial çağırışlar”.

 

Çox aktual mövzudur, gərək camaatımıza konfransın mənasını çatdıraq. Bu, bizim publisist olaraq müqəddəs borcumuzdur.

Modernləşməsözünün anlamı “çağdaşlıq, yenilik” deməkdir, bu baxımdan ilk növbədəYAP-ın belətədbir keçirtmək haqqı vardır. Axı partiyanın da adı “Yeni”dir. Bəs bu yenilik vəmodernizasiya partiyanın, hakim rejimin siyasətindəözünü necəgöstərir?

Bunu sonra yazarıq, indilik modernizmin dünya incəsənətindəqolları üzərindəgəzişmələr edək. Məsələn, ötən əsrin əvvəlindərəssamlıqda dadaizm adlı bir cərəyan var idi. Bunun qısa məzmunu beləidi ki, dünyada məntiqli olan nəvarsa mənasızdır. Dadaist rəssam at başı rəsminəqatar relsi birləşdirib bunu “Günəş tablosu” adlandıra bilərdi. Yaxud, dadaist şairlər qəzetlərdən təsadüfi sözləri kəsib bundan şeir düzəldirdi. Estetika, gözəllik anlayışı qətiyyətlərədd edilirdi. Bu baxımdan biz yapokratiyanı dadaist rejim saya bilərik. Bunlar təkcəBakı şəhərini nəkökəsalıblar? Hər yerdədadaist-buldozerçilər dolaşır... Yeri gəlmişkən, rejimin ən tanınmış killer-dustağı Hacı Məmmədov həm dərəssamdır vəözü deyib ki, mən dadaizm üslubunda çəkirəm.

Modernizmin başqa məşhur qolu abstrakt sənətdir. Azərbaycan bəyəm indi Maleviçin “Qara kvadrat” tablosuna bənzəmir? Yaxud, sürrealizm - yuxu, reallıq vəabsurdun sintezi bugünkü Azərbaycanda həyat tərzi deyilmi?

Uzun sözün qısası, mən YAP-ın modernizm adı altında tədbir düzənləməsinin həm dəşüuraltı kökləri olması qənaətindəyəm. Tədbirin adındakı “yeni iqtisadi vəsosial çağırışlar” ifadəsini dəanlamaq üçün çox fikirləşməyəehtiyac yoxdur. Yeni iqtisadi çağırış nədir? Bunu “iqtisadi çığırış” da adlandırmaq olar. Məsələn, iş adamı Nurəddin Zülfüqarlının çığırda-çığırda zavodlarını əlindən alırsan. Yaxud, sosial çağırış deyərkən evləri sökülən Bakı sakinlərinin, həbs edilən lənkəranlı balıqçıların, siyasi məhbus ailələrinin, 150 manat maaş alan büdcəzəhmətkeşlərinin vəsairəminlərləzəhmətkeşimizin sosial qışqırtılarını başa düşmək lazımdır.

Modernləşməhəyatımızın bütün sferalarında hiss edilir. Yapokratiya kimi sistemləri klassik totalitar-avtoritar rejimlərdən fərqləndirən dəeləbu cür modern repressiya üsullarıdır. Məsələn, bizdərejim rəhbəri Şimali Koreya vəKubadakı kimi əsgər forması geyinmir. Adamları da siyasi müxalifət olduqları ittihamı ilədeyil, ciblərinənarkotik atıb tuturlar. Bunlar hamısı modern avtoritarizm metodlarıdır.

Onu da qeyd edək ki, bilmirəm konfransda niyəinsafsızlıqla gizli saxladılar, ancaq əslindəbu modernləşməyimizin banisi Ramiz Mehdiyevdir. Hələ2008-ci ildəonun “Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşməxətti” adlı kitabı çapdan çıxmışdır.

Sonda ümid edək YAP tezlikləpostmodernləşməyoluna keçəcək, çünki 18 il modernləşdiyimiz daha bəsdir.  

  • Yazılıb
  • da (də) 2011 Dec 24