Tarix : 2011 Dec 24
Kod 27510

AİP Əli Kərimlinin son fikri ilə razı olduğunu bildirib

Azərbaycan Respublikası İslam Partiyası AXCP sədri Əli Kərimlinin ''ölkədə demokratik o cümlədən islamşı,..
well/Aran agentliyi

 

Azərbaycan Respublikası İslam Partiyası AXCP sədri Əli Kərimlinin "ölkədə demokratik o cümlədən islamşı, dindar qüvvələrlə konsensus vacibdir" fikri ilə razı olduğunu bəyan edib .

Azərbaycan İslam Partiyası sədrinin müavini Rövşən Əhmədli deyib : " Azərbaycanda vətəndaş cəmiyyətinin möhkəmlənməsinə böyük ehtiyac var. Vətəndaş cəmiyyətini təmsil edən qüvvələrin sağçı, solçu, mərkəzçi olması əsas deyil. Demokratik cəmiyyət qurmaq, gələcəyimizi təmin etmək istəyiriksə, ölkədə insanların şərəf və ləyaqətlə, izzətlə yaşamasını istəyiriksə, haqların qorunmasını istəyiriksə, həm siyasi qüvvələrin, partiyaların, həm də digər demokratik təsisatların əlaqəli fəaliyyət göstərməsi vacibdir. Təbii ki, cəmiyyətin bir bölümü də inanclı insanlardır."

Rövşən Əhmədli əlavə edib : " Azərbaycan İslam Partiyasının ideya xətti mənəvi dəyələrə, islama söykənir. Amma bu o demək deyil ki, partiya yalnız inanclı adamların toplumudur. Əgər cəmiyyətdə müəyyən problem varsa, bu həm islamçıların, həm başqa siyasi qüvvələrin, bütün vətəndaşların problemidir. Azərbaycanda təsnifatlaşdırma sosial sifariş əsasında yaranmayıb və bu vəziyyət hüquqi dövlət qurulduqda dəyişəcək. Əli Kərimlinin fikri ilə razıyıq ki, Azərbaycanda islamçı, dindar qüvvələrlə konsensus vacibdir. İslamçı qüvvələr hesab etmir ki, ölkədə baş verən ictimai- siyasi hadisələr onlardan kənarda olur. İslamçılar özlərini bu proseslərdən kənarda saymır. Hamı eyni vətəndə yaşayır və hamının da eyni problemi var. Sadəcə, bu problemlərin həlli yolunda müxtəlif təkliflər ola bilər, yaxud yanaşma tərzi müxtəlif ola bilər. Bunları müzakirə etmək lazımdır. "

Azərbaycan İslam Partiyası sədrinin müavini əlavə edib : " Bir cəmiyyətin mənəviyyatı pozulursa, bu, hər kəsə ziyandır. Bizim təməl prinsipimizdir ki, mənəviyyat pozulubsa, gələcək təmin oluna bilməz. İstər 2003-cü ilin seçkisindən sonra, istərsə də bu il siyasi fəaliyyətinə görə həbsə atılanlar olub. Sosial etirazlara görə də həbsdə yatan dindar az deyil."

Azərbaycan Respublikasında müxalifəti "demokratik və islamçı" müxalifə bölməyi yalniş yanaşma sayan Rövşən Əhmədli deyib : "Bu yanaşmadan həm də o çıxır ki, dini qüvvələr qeyri-demokratik qüvvələrdir. Hesab edirəm ki, ən demokratik qüvvə elə islami qüvvələrdir. İslam ədalət, bərabərlik, insan haqqı deməkdir. Onda zor, təcavüz yoxdur. Hərə özünə bir ad götürməklə demokrat olmur. İnsanların cəmiyyətdə tutduğu mövqe və düşüncəsi əsasdır. Əqidəyə baxıb kimin demokrat, kimin də qeyri-demokrat olduğunu demək mümkündür."

 

  • Yazılıb
  • da (də) 2011 Dec 24