Tarix : 2011 Dec 25
Kod 27511

Türkiyənin Fransadakı səfiri Parisi tərk etdi

Fransa Milli Məclisində son qanun layihəsinin qəbul edilməsindən sonra və Türkiyə və Fransa əlaqələrində böhranın yaranmasının ...
well/Aran agentliyi

 

Fransa Milli Məclisində son qanun layihəsinin qəbul edilməsindən sonra və Türkiyə və Fransa əlaqələrində böhranın yaranmasının ardınca Türkiyənin Fransadakı səfiri Parisi Ankaraya doğru tərk edib.

Türkiyənin dövlət telekanalı bildirib ki, bu ölkənin Parisdəki səfiri Təhsin Burcuoğlu cümə günü səhər Fransanı tərk edərək, Ankaraya yollanıb.

Burcuoğlu Türkiyə rəsmiləri ilə məşvərətlər aparmaq üçün Parisi Ankaraya doğru tərk edib.

Fransanın Milli Məclisi dekabrın 22-də 1915-ci ildə Osmanlı türkləri tərəfindən ermənilərin "genosidini" inkar edən şəxslərin cəzalandırılması üzrə qanun layihəsini təsdiq etdi.

Erməni soyqırımını inkar edənlər üçün nəzərdə tutulmuş cəza isə bir il həbs və 45 min avro məbləğində nağd pul cəzasıdır.

Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan Fransanın Milli Məclisində ermənilərin soyqırımını inkar edənlərin cəzalandırılması haqdakı qanun layihəsinin ratifikasiya edilməsinin qərəzli olduğunu bildirərək, bu hərəkəti kəskin formada pisləyib.

Ərdoğan deyib:" Türkiyənin Fransaya qarşı sanksiyaları addım-ba addım icra olunacaq".

Türkiyənin baş naziri sonra deyib:" Öz səfirimizi Parisdən geri çağırırıq. Sonrakı mərhələlərdə isə Fransa ilə hər cür görüş, seminar və mədəni müzakirə keçirməyi ləğv edəcəyik".

Ərdoğan deyib:" Elə cümə axşamı günündən Fransan ilə hər cür siyasi fikir mübadilələrinin aparılmasını dayandıracağıq".

Türkiyənin Fransa ilə hər cür hərbi manevrinin cümə axşamı günündən ləğv edildiyini bildirən Türkiyənin baş naziri sonra deyib:" Cümə axşamı günündən Fransanın hərbi gəmilərinin Türkiyə limanlarında lövbər salmaq istəyini rədd edəcəyik".

  • Yazılıb
  • da (də) 2011 Dec 25