Tarix : 2011 Dec 25
Kod 27513

QƏRB DONORLARI ÖLKƏDƏN QOVULUR

Azərbaycan hökuməti Özbəkistan variantını seçdi
well/Aran agentliyi

 

 

Azərbaycan hökuməti Özbəkistan variantını seçdi

Soros Fondunun ardınca Avropa Komissiyasının Bakı ofisinin də fəaliyyətinin məhdudlaşdırılması gözlənilir; iqtidar xarici donorlardan tələb edir ki, yalnız özünə loyal QHT-ləri maliyyələşdirsinlər

“Azərbaycanda barmaqla sayılacaq xarici donorlardan ya ölkəni tərk etmək, ya da yalnız hökumət yönlü QHT-lərin maliyyələşdirmək tələb olunur. Hökumətin bu tələbindən imtina edən Soros Fondu artıq Bakı ofisinin fəaliyyətini dayandırıb, indiyə qədər əməkdaşlıq etdiyi QHT-lərə fondun Nyu-York və Budapeşt ofisi ilə əməkdaşlıq tövsiyə edilib”. Bu barədə “Yeni Müsavat”a QHT sektorundakı mənbələr məlumat verib.

  • Yazılıb
  • da (də) 2011 Dec 25